Telekanallarda plastik cərrahlara qadağa qoyulub? - Audiovizual Şuradan cavab

Jan 15, 2025 - 10:55
 0
Telekanallarda plastik cərrahlara qadağa qoyulub? - Audiovizual Şuradan cavab
Telekanallarda plastik cərrahlara qadağa qoyulub? - Audiovizual Şuradan cavab

Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Doktorm.az apa-ya istinadla xəbvər verir ki, bunu Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: "Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir".

T.Quliyev həmçinin bildirib ki, fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow