Nəriman Həsənzadə əməliyyat olundu

Jan 15, 2025 - 11:01
Jan 15, 2025 - 11:02
 0
Nəriman Həsənzadə əməliyyat olundu
Nəriman Həsənzadə əməliyyat olundu

Xalq şairi Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində (BSM) əməliyyat olunub.

Doktorm.az xəbər verir ki, BSM-dən verilən məlumata görə, 93 yaşlı şair, dramaturq yanvarın 12-si axşam saatlarında tibb müəssisəsinə müraciət edib.

Qeyd olunub ki, müayinə zamanı pasiyentə tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayiətinin ardından intensiv palataya keçirilib".

Məlumata görə, hazırda N.Həsənzadənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

//Unikal


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow