Suprastin tabletka nə üçündür?

Suprastin 25 mq tabletləri, müxtəlif allergik reaksiyaların müalicəsi üçün istifadə olunan güclü antihistamin preparatdır. Bu dərman, qaşınma, konyunktivit, övrə və digər allergik reaksiyaların səbəb olduğu narahatlıqları aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur.

Sep 14, 2024 - 08:28
Sep 14, 2024 - 08:22
 0
Suprastin tabletka nə üçündür?
Suprastin tabletka

Suprastin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Suprastin qiyməti

Suprastin tabletka qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Suprastin qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Suprastin tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Suprastin 25 mq tabletləri, müxtəlif allergik reaksiyaların müalicəsi üçün istifadə olunan güclü antihistamin preparatdır. Bu dərman, qaşınma, konyunktivit, övrə və digər allergik reaksiyaların səbəb olduğu narahatlıqları aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur. Suprastin, həmçinin ağır həssaslıq reaksiyalarında, məsələn, anafilaktik şok zamanı, əlavə terapiya olaraq istifadə edilir. Preparatın tərkibi və istifadəsi ilə bağlı xüsusi göstərişlər mövcuddur, buna görə də Suprastin yalnız həkim təyinatı ilə və diqqətlə izlənilməklə qəbul edilməlidir. Bu dərman vasitəsinin istifadəsi haqqında bütün məlumatları aşağıda tapa bilərsiniz.

Suprastin 25 mq tabletlər

Təsiredici maddə: Xloropiramin hidroxlordir, 25 mq.
Köməkçi maddələr: Laktoza monohidrat, kartof nişastası, natrium nişastaqlikolyat (Atipi), talk, jelatin, stearin turşusu.

Təsviri
Hər iki tərəfi disk formalı, bir tərəfində “SUPRASTIN” oyması olan, digər tərəfində xətt olan, iyisiz və ya demək olar ki, iyisiz ağ və ya bozmtul ağ tabletlərdir.

İstifadəsinə göstərişləri

Suprastin antihistamin preparat olub, qaşınma ilə müşayiət olunan (məsələn, bitkilərin və kimyəvi maddələrin təsirindən yaranan pollinoz, konyunktivit, övrə, dermatit, eləcə də qida və dərman allergiyasının simptomlarının və həşəratların sancması zamanı) allergik reaksiyaların və xəstəliklərin müalicəsində istifadə edilir. Preprat eləcə də, yüksək həssaslıq reaksiyalarının (anafilaktik şok) müalicəsində əlavə terapiya zamanı istifadə edilir.

Əks göstərişləri

  • Preparatın istənilən komponentinə və dihiropiridin törəmələrinə qarşı yüksək həssaslıq;
  • kəskin astma tutması zamanı;
  • vaxtından əvvəl doğulmuş və yenidoğulmuş körpələr;
  • hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı yaşlı və zəifləmiş pasiyentlərə ehtiyatla təyin etmək lazımdır, belə ki, onlar mümkün əlavə təsirlərə daha çox həssas olurlar (məsələn, yuxululuq, yorğunluq, başgicəllənmə, arterial təzyiqin enməsi);
Nadir hallarda uşaqlarda həyəcan yarana bilər ki, bu da onların mümkün əlavə təsirlərə qarşı daha həssas olmaları ilə izah olunur;
Qaraciyər funksiyasının çatışmazlığı zamanı dozanın azaldılmasına ehtiyac ola bilər;
Böyrək funksiyasının çatışmazlığı zamanı dozanın azaldılmasına ehtiyac ola bilər;
Bağlbuçaqlı qlaukoma (Suprastin® preparatının istifadəsi qlaukoma tutmasına səbəb ola bilər), ürək-damar pozulmaları, epilepsiya, əzələ xəstəlikləri, sidiyin ləngiməsi, prostat vəzinin hipertrofiyası və xroniki qəbizlik kimi xəstəliklər zamanı preparatı xüsusi ehtiyatla istifadə etmək lazımdır;
Əvvəl istifadə edilən antiallergik preparatların qəbulu zamanı pasiyentdə başgicəllənmə, allergik simptomların kəskinləşməsi və ya əlavə təsirlərin inkişafı müşahidə olunarsa, preparatdan istifadə zamanı ehtiyatlı olmaq lazımdır;
Suprastin® preparatının istifadəsi fotohəssaslığa səbəb ola bilər, bu səbəbə görə müalicə dövründə günəş altında qalmaq olmaz;
Preparatın tərkibində 116 q süd şəkəri (laktoza) vardır, buna süd şəkərinin keçirməzliyi zamanı nəzarət etmək lazımdır. Pasiyent qalaktozemiya, laktoza yoxluğundan (süd şəkərini parçalayana ferment) və ya qlükoza və ya qalaktoza mənimsənməməkdən əziyyət çəkirsə, preparatın tərkibinə daxil olan laktoza monohidrat xəstənin şikayətlərinə səbəb ola bilər;
Pasiyentdə bəzi şəkərlərə qarşı dözümsüzlük olduğu halda Suprastin® preparatını qəbul etməzdən əvvəl həkimə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xəstə preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi (o cümlədən reseptsiz buraxılan) dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verməlidir.
Bəzi MAO inhibitorları (məsələn, moklobenid, seleqalin) preparatın antixolinergik effektini gücləndirir və uzadır (ağızda quruluq, bəbəyin genişlənməsi, görmə akkomodasiyasının pozulması, qəbizlik, sidikburaxmanın pozulması). Beləliklə, MAO inhibitorlarının preparatla eyni vaxtda istifadəsindən çəkinmək lazımdır;
Suprastin® preparatını atropin, sedativ analgetiklər, sedativ vasitələr, yuxugətiricilər, mərkəzi sinir sisteminə təsir edən digər preparatlarla, qlaukomanın müalicəsində istifadə olunan göz damcıları ilə eyni vaxtda istifadə etdikdə, xüsusilə ehtiyatlı olmaq lazımdır, bu preparatlardan istənilən biri digərinin effektini gücləndirə bilər;
Ototoksik preparatlarla (məsələn, bəzi antibiotiklərlə) eyni vaxtda istifadə zamanı Suprastin preparatı ototoksikliyin erkən əlamətlərini gizlədə bilər;
Antihistamin preparatlar allergik sınaqlar zamanı dəri reaksiyalarının tezahürünü gizlədə bilər, bu səbəbə görə sınağın aparılmasından bir neçə gün əvvəl Suprastin preparatının qəbulunu dayandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır.
Hamilə qadınlarda preparatın istifadəsi üçün lazımi adekvat nəzarət tədqiqatları aparılmamışdır. Lakin hamiləliyin axırıncı aylarında antihistamin preparat qəbul edən anaların yenidoğulmuş körpələrində göz billurunun arxasında birləşdirici toxumanın inkişafı barədə qeydlər vardır. Bu səbəbə görə preparatın istifadəsi hamilə qadınlara əks göstərişdir.
Preparatın istifadəsinin adekvat nəzarət tədqiqatları olmadığı təqdirdə laktasiya dövründə istifadə etmək olmaz. Hamiləlik və ya laktasiya dövründə istənilən preparatın qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat, xüsusilə də müalicənin əvvəlində, yuxululuq və psixomotor funksiyaların pozulmasına səbəb olur. Bu səbəbə görə müalicənin fərdi müəyyən olunan başlanğıc dövründə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz. Bundan sonrakı dövrdə məhdudlaşma və ya qadağan dərəcəsi hər pasiyentə görə həkim tərəfindən fərdi təyin edilir.

Suprastin istifadə qaydası və dozası

Suprastin preparatını ciddi şəkildə həkim təyinatı ilə qəbul etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə olduqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Dozalanma rejimi (Böyüklər): Məsləhət görülən sutkalıq doza həkim təyinatına uyğun olaraq gündə 3-4 dəfə 1 tablet təşkil edir.

İstehsalçı ölkə

MACARISTAN

Vahidi

Tab

İstehsalçı firma

Egis

Suprastin nə üçündür?

  1. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
  2. Bronxit, pnevmoniya zamanı istifadə olunan dərmanlar
  3. Allergik reaksiya zamanı istifadə olunan dərmanlar
  4. Gözün allergik xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.

  1. suprastin
  2. suprastin tabletka
  3. suprastin tablet
  4. suprastin qiymeti
  5. suprastin инструкция
  6. suprastin tablet nedir
  7. suprastin tabletkasi haqida

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow