Solidey D vitamini

Solidey D vitamini haqqında bütün məlumatları platformamızdan əldə edə bilərsiniz

Jul 5, 2024 - 10:52
Jul 5, 2024 - 11:07
 0
Solidey D vitamini
Solidey D vitamini

Solidey D vitamini haqqında məlumat   

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solidey D vitamini tərkibi

  • Xolekalsiferol - 50.000 BV(1250 mkq)/20 ml
  • 1 damcıda: 100 BV (2.5 mkq)
  • Həlledici: Kətan toxumu yağı; Zeytun yağı

Farmakoterapevtik qrupu

Ca və P mübadiləsinin tənzimləyicisi 

Farmakoloji xüsusiyyətləri

Solidey D vitamini nə üçündür?

Xolekalsiferol (D3 vitamini) orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaqdan sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. D vitamini həmçinin orqanizmdə limfokinlərin sintezini artırmaqla immun sistemini gücləndirir. Hipovitaminoz nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, uşaqlarda sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə kalsium və fosfor mübadiləsi pozulduğundan sümüklərin tərkibində minerallar çatışmır.  Belə uşaqların ayaqları əyri olur, başı çox boyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur. Böyüklərdə D vitamini defisiti orqanizmdə ciddi problemlər yaradır. D vitamini çatışmazlığı osteomalyasiyaya səbəb olur, osteoporoz yaranır. Defisiti aradan qaldırmadıqda ürək-damar sistemi xəstəlikləri və onkoloji xəstəliklər riski artırır. D vitamini defisiti zamanı tеz-tez təkrarlanan infeksiyalar, əhval-ruhiyyənin dəyişkən olması, daimi yorğunluq, sümük ağrıları, zəif sümüklər, əzələlərdə ağrılar müşahidə olunur. Daxilə qəbul olunduqdan sonra vitamin D nazik bağırsaqdan qana sorulur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır. Plasentar baryeri keçir. Ana südünə keçir. D vitamini orqanizmdə kumulyasiya yaradır. T ½ bir neçə gün təşkil edir. Böyük bir hissəsi ödlə, çox az bir hissəsi isə böyrəklərlə xaric olur. D vitamini çatışmazlığını müəyyən etmək üçün qanda D vitamininin qaraciyər metabolitinin 25(OH)D3 – hidroxolekalsiferolun səviyyəsi yoxlanılır. Normada miqdarı 30-60 nq/ml-dir. D vitamini azlığı zamanı 20 nq/ml-dən aşağı, D vitamini çatışmazlığı zamanı isə 21-29 nq/ml qəbul edilmişdir.

Kətan toxumu yağı Omeqa-3 miqdarına görə bütün bitki yağları arasında ən zəngin olandı: Omeqa-3 49% təşkil edir. Kətan toxumu yağında olan α-linolen turşusu (ALA) Omeqa-3 doymamış yağ turşularına aiddir, orqanizmdə eykozapentaen turşusu (EPA) və dokozaheksaen turşusuna (DHA) çevrilir. Omeqa-3 insan orqanizmində sintez olunmur, qida vasitəsilə orqanizmə daxil olaraq bir çox vacib fuksiyalar yerinə yetirir. O, yağ metabolizmini tənzimləyir, xolesterinin konsentrasiyasını azaldaraq, ateroskleroz və ürəyin işemik xəstəliyi riskini aradan qaldırır. Xolekalsiferol (D3 vitamini) yağda həll olan vitamin olduğu üçün onun mənimsənilməsində və metabolizmində kətan toxumu yağında yüksək miqdarada olan Omeqa-3 vacib rol oynayır. Xolekalsiferolun (D3 vitamini) kətan yağında həll olunması müalicənin terapevtik effektinin artmasına səbəb olur.

Zeytun yağı tərkibində yüksək miqdarda polifenollar və doymamış yağ turşuları var. Öd qovucu xüsusiyyəti hesabına öd ifrazını stimullaşdırır ki, bu da yağların, o cümlədən yağda həll olan D3 vitaminin bağırsaqdan sorulmasını aktivləşdirir.

İstifadəsinə göstərişləri

  • D vitamini defisiti
  • İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları
  • Tənəffüs yollarının iltihabi-infeksion xəstəlikləri zamanı: KRVİ (qrip), Covidin, bronxit, pnevmoniyanın müalicəsi və profilaktikası
  • Raxit və raxitəbənzər hallar
  • Hipokalsiemik tetaniya
  • Osteomalyasiyanın kompleks müalicəsində
  • Metabolik osteopatiyaların kompleks müalicəsində (hipoparatireoz və psevdohipoparatireoz)
  • Osteoporozların  kompleks müalicəsində (həmçinin postmenopauza dövründə)
  • Sonsuzluq, suni mayalanmaya hazırlıq
  • Erektil disfunksiya; Kişi sonsuzluğunun kompleks müalicəsində
  • Şəkərli diabet, hipertireoz və digər endokrinoloji xəstəliklər
  • Piylənmə
  • Ürək çatışmazlığı, kardiorenal sindrom
  • Hamiləlik və laktasiya dövrü
  • Malabsorbasiya
  • Psoriaz; Atopik dermatit; Lupus; Vitiliqonun kompleks müalicəsində

Solidey D vitamini dozalanması və istifadə qaydası

Uşaqlar üçün:

20 damcı(2000BV)/gün - 6 həftə;

4-10 damcı (400-1000 BV)/gün - mütəmadi müalicə (profilaktik)

Böyüklər üçün: 

60 damcı (6000 BV)/gün - 8 həftə;

15-20 damcı (1500-2000 BV)/gün - mütəmadi müalicə (profilaktik)

Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

Solidey D vitamini əks göstərişləri

Məhsulun hər hansı bir komponentinə qarşı  həssaslıq. D vitamininin hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkaidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

D vitamini ilə müalicə  həkim nəzarəti altında aparılmalıdır. Solidey və kalsium preparatlarını eyni zamanda yüksək dozalarda istifadə etmək olmaz.  Preparatın müalicəvi məqsədlərlə istifadəsi zamanı sidikdə kalsiumun miqdarını kontrol etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Epilepsiya əleyhinə preparatlar, rifampisin, kolestiraminlə birlikdə istifadəsi zamanı D vitaminin absorbsiyası azalır.  Solidey -in tiazid diuretikləri ilə birgə təyini zamanı hiperkalsiemiya riski artır. Ürək qlikozidləri ilə birgə təyini onların toksiki təsirini artırır (ürək ritmini pozulması baş verir).

Hamiləlik və laktasiya zamanı istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi zamanı həkimlə məsləhətləşin.

Əlavə təsirləri

Hipervitaminozun əlamətləri: iştahanın itməsi, ürəkbulanma, qusma, baş ağrıları, əzələ və oynaq ağrıları, qəbizlik, ağızda quruluq, poliuriya, psixikanın pozulması, depressiya, bədən çəkisinin azalması, yuxu pozulması, bədən temperaturunun yüksəlməsi, sidikdə zülal, leykosit, hialin silindrlər əmələ gəlir, qanda kalsiumun artması və onun sidiklə xaric olması, böyrəklərin, ağciyərlərin və damarların kalsinozu ola bilər. D vitamini hipervitaminozu əlamətləri qeydə alınarsa dərhal preparatın qəbulu dayandırılmalı, kalsiumun qəbulu azaldılmalı və A, C, B vitaminləri təyin olunmalıdır.

Buraxılış forması

Şüşə flakon - 20 ml damcı

Solidey D vitamini qiyməti

Solidey D vitamini qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solidey D  qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə.

Aid olduğu kateqoriyalar

  1. Raxit zamanı istifadə olunan dərmanlar
  2. Kalsium defisitli xəstəliklər
  3. Vitamin və mineral çatışmamazlığı
  4. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  5. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow