Sinə ağrılarını gözardı ETMƏYİN, YOXSA...

Xəstəxanaların təcili yardım bölməsinə müraciətlərin ən çox yayılmış səbəblərindən biri sinə ağrısıdır.
Ajans.az xəbər verir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Kardiologiya üzrə mütəxəssisi Dr. Mehmet Rasih Sonsöz xəbərdarlıq edir:
“Sinə ağrısı həyati təhlükə yaradan vəziyyətin ilk əlaməti ola bilər. Xüsusilə, ‘sinəmin üzərinə bir şey oturmuş kimi’ hissiyatı, tək tərəfli kəsici sinə ağrısı varsa, bu, ürək xəstəliyinin əlaməti ola bilər.”
Sinə ağrısı, boyunla qarın arasında yaranan narahatlıq hissidir. Lakin, bu vəziyyət yüngülləşdirilərək keçildikdə, təhlükənin miqyası da böyük ola bilər. Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Kardiologiya üzrə mütəxəssisi Dr. Mehmet Rasih Sonsöz sinə ağrısının riskləri barədə danışıb. Dr. Sonsöz, bu cür xəstələrin 10-15%-ində tibbi olaraq “ürək tutması” adlanan ürək damar xəstəliyinin olma ehtimalı olduğunu qeyd edərək, “Acil müdaxilə tələb olunur” dedi.
AĞRININ SƏBƏBİ ÇOX ÖNƏMLİDİR
Dr. Sonsöz aşağıdakı vacib məlumatları verib:
“Sinə ağrısı şiddətli və ya yüngül, 2-10 dəqiqə qısa müddətli və ya 30 dəqiqə kimi uzun müddətli ola bilər. Ağrının çoxsaylı səbəbləri ola bilər; ürək, ağciyər, həzm sistemi, əzələ-skelet sistemi, sinir sistemi, panik ataklar ilə əlaqəli ola bilər. Həyatı təhdid edən klinik vəziyyətlər (akut koronar xəstəlik kimi) ilə təhdid etməyən vəziyyətlər (mədə reflüsü, sinir sıxılması, panik atak kimi) arasındakı fərq çox önəmlidir.” Şikayətlər idman, ağır yemək, soyuq hava, mübahisə sonrası yaranarsa və istirahətlə keçirsə, tibbi olaraq “tipik angina” adlandırılır. Dr. Sonsöz bildirib: “Angina ürək əzələsinin qanlanmasındakı pozğunluq səbəbindən yaranır. Xüsusilə son 3 ay ərzində belə bir şikayət yaranarsa, ən yaxın xəstəxanaya müraciət etmək və elektrokardioqrafiya (EKQ) çəkdirmək çox vacibdir.”
Sinə qabığında hiss edilən, kəsici, nöqtəvi, bir neçə saniyə və ya saatlarla davam edən, toxunmaqla və ya qol-boyun hərəkətləri ilə artan sinə ağrılarının ürəklə əlaqəli olma ehtimalı daha azdır. Dr. Sonsöz bildirib: “Bu cür ağrılar əzələ-skelet sistemi (sümük-xırdalıq kimi) və ya sinir sistemi (boyun fıtığı kimi) ilə əlaqəli ola bilər. Lakin qadınlar, şəkər xəstəliyi olanlar və yaşlı fərdlərdə bu ‘atipik’ şikayətlərin belə ürək damar xəstəliyini göstərməsi mümkündür. Gərəkli hallarda ən yaxın xəstəxanaya getmək lazımdır. Xalq arasında tez-tez ‘mədəmin ağrıyır’ və ya ‘sinəmə külək dəyib’ kimi fikirlər söylənmədən əvvəl, olası bir ürək xəstəliyi ağıla gəlməlidir.”
Həyatı təhdid edən digər klinik vəziyyətlərdə də sinə ağrısı inkişaf edə bilər. Dr. Sonsöz əlavə edib: “Ürəkdən çıxan əsas damar olan aortun yırtılmasına bağlı inkişaf edən ‘aort diseksiyası’ çox ciddi bir vəziyyətdir və xəstəxanaya yatış və müalicə tələb edir. Bu klinik tabloda şəxs sinə bölgəsində, tez-tez sırtına vuran, şiddətli, ‘yırtılma kimi’ bir ağrı hiss edir. Xüsusilə siqaret çəkənlər və qan təzyiqi xəstələrində belə bir ağrıda bu vəziyyət ağıla gəlməlidir.”
Ağciyər damarında qan laxtalanması ilə əlaqəli olan ‘pulmoner emboliya’ vəziyyəti də həyati təhlükə yarada bilər. Dr. Sonsöz bildirib:
“Şəxs ani başlayan sinə ağrısı və nəfəs darlığı ilə müraciət edə bilər. Bəzi şəxslərdə bayılma və ya şüur itkisi inkişaf edə bilər. Tez bir zamanda diaqnoz və müalicə tələb olunur. Ağciyər zarı yırtılması ilə bağlı ‘pnevmotoraks’ vəziyyətində isə şəxs tək tərəfli kəsici sinə ağrısı və nəfəs darlığı yaşayır. Həmçinin diaqnoz və müalicəsi çox vacibdir.”
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






