Selekte haqqında məlumat
Hamısına bax
Selekte qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Selekte qiyməti 29 azn - 33 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Selekte kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
- Vitamin E (DL- alfa tokoferol asetat) - 400 BV
- Vitamin A (Retinol asetat) - 1 mq
- Sink - 24.9 mq
- Selen - 55 mkq
Vitamin E - yağda həll olan vitamindir. Güclü antioksidantdır. Hüceyrə və hüceyrə daxili membranları zədələyən sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. Bu da orqanizmin inkişafı, sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox əhəmiyyətlidir. Vitamin E doymamış yağ turşularının hidrogen peroksidlə oksidləşməsini tormozlayır, eritrositlərin hemolizinin qarşısını alır. Bir çox ferment sisteminin kofermentidir.
Vitamin A - yağda həll olan vitamindir, antioksidantdır, gözlərin, sümüklərin, dəri və saçların sağlamlığı üçün, həmçinin immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Retinol zülal sintezini requlə edir, oksidləşmə - bərpaetmə proseslərində iştirak edir. Qocalma proseslərini ləngidir, yeni hüceyrələrin inkişafı üçün vacibdir.
Selen - güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların mənfi təsirindən qoruyur. Qalxanabənzər vəzin tam funksiyası üçün vacibdir. Selen təbii abortların rast gəlmə tezliyini aşağı salır. Həmçinin embrionda defektlərin yaranmasının qarşısını alır. Eyni zamanda immun sistemi stimulə edir.
Sink - immunomoduləedici, tonuslandırıcı, antioksidant və dermatoprotektiv təsir göstərir. T-limfositlərin normal fəaliyyətinə köməklik edir. DNT, RNT və insulin sintezində iştirak edir. A vitamini sink iştirakı olmadan heç bir funksiya yerinə yetirə bilmir. Orqanizmin qocalmasının qarşısını alır.
Aşağıdakı xəstəliklərin kompleks müalıcəsində istifadə olunur
Hamiləliyin pozulma riski, Mastopatiya, Sonsuzluq, Dismenoreya, Amenoreya və Klimaks
Kişi cinsiyyət vəzilərinin hipofunksiyası, Xroniki prostatit
Ateroskleroz, Ürəyin işemik xestelik xəstəlikləri və Kardiomiopatiya
Nevrasteniya, Klimakterik vegetativ pozulmalar, Astenik sindrom
Epilepsiya, Alsheymer və Parkinson xəstəliyi
Dermatomiozit, Dermatoz, Psoriaz, Ekzema, Dəmrov
Miopatiya, Makulodistrofiya, Katarakta, Müxtəlif qansızmalar
Hemolitik anemiya, Periferik damar spazmı, Xolestatik sindrom
Əzələ distrofiyası, Oynaqların, Bağ aparatının degenerativ dəyişiklikləri
Gündəlik qəbulu 1 kapsuldur. Şəkərli diabet xəstələrinə və hamilələrə istifadəsinə icazə verilir.
Adətən E vitamininin qəbulu orqanizm tərəfindən yaxşı qəbul olunur.
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.
Tar. ve hay. ürün. ürt. paz. san ve tic. Ltd şti. İvedik org. san. mürted yapı koop. 729 sok. No:7 Ankara.
Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- Mastopatiya zamanı istifadə olunan dərmanlar
- Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
- Görmə zəifliyi zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
- selekte
- selekte dermani haqqinda
- selekte qiymeti
- selekte dermani
- selekte инструкция
- selekte kapsul
- selekte derman
- selekte tablet
- selekte vitamin