Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimatı təsdiq etdi

Aug 15, 2024 - 22:38
Aug 15, 2024 - 22:39
 0
Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimatı təsdiq etdi
Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimatı təsdiq etdi

Doktorm.az xəbər verir ki, Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqlənib. Bu Təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək.

Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar təqdim edilir. Eyni zamanda, peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər və peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatlar əksini tapıb.

Bu yeni Təlimatda, ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində olmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu yanaşma Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə olan önəmi vurğulayır. Təlimatda təqdim edilən müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması, vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək və bununla da immunizasiya səviyyəsinin yüksəlməsinə və bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.

Yeni Təlimat, vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə atılan mühüm addımlardan biridir. Bu vəsait, tibb işçilərinə əsaslandırılmış qərarlar qəbul etmək və uşaq əhalisini ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq. Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçün yeni Təlimat, gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadə olunaraq, immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilik standartlarına uyğun aparılmasını təmin edəcək.

Mənbə: Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi.

Files


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow