Sarı pendir bu xəstələrə ziyandır

Feb 20, 2025 - 09:58
 0
Sarı pendir bu xəstələrə ziyandır
Sarı pendir bu xəstələrə ziyandır
Sarı pendir nə qədər dadlı, əlçatan olsa da, bəzi xəstələrə zərərlidir.
Doktorm.az xəbər verir ki, dietoloq Yelena İqnatikova sarı pendirdən danışıb:
“İlk növbədə, yağlı sortlar, yəni sarı pendir ciddi məhdudiyyətlər tələb edir. Mütəxəssis qeyd edib ki, sarı pendirlərdə (məsələn, Qouda, Maasdam) çoxlu doymuş yağ var. Onun çox yeyilməsi xolesterin səviyyəsinin artmasına, aterosklerozun inkişafına səbəb olur.
Bu pendirlərin tərkibində çoxlu duz da var ki, bu da orqanizmdə mayenin toplanmasına, şişkinliyə və təzyiqin yüksəlməsinə səbəb olur. Üstəlik, duz stress hormonlarının sintezinə səbəb olur.
Bəzi xroniki xəstəliklər yağ və duzla zəngin bu məhsuldan imtina etməyi tələb olunur. Sarı pendir hipertoniya və böyrək xəstəliklərinə zərərlidir. Bundan əlavə, piylənmə, mədə-bağırsaq xəstəlikləri, o cümlədən öd daşı xəstəliyi zamanı yemək məsləhət görülmür.
Heç bir əks göstərişi olmayanlar üçün gündə 50 qramdan çox olmayan miqdarda sarı pendir yemək olar./medicina.az
 
Bu 2 kiçik dilim pendirdir”.

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow