Daha bir yanlış həkim əməliyyatı - VİDEO

Paytaxt sakini yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia edir.
Doktorm.az xəbər verir ki, ötən ilin aprel ayında septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədova bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.
O, əməliyyatı icra edən özəl klinika "MedAura"nın həkimi Kəmalə Mirzəyevadan şikayətçidir.
Şikayətçi iddia edir ki, əməliyyata 1400 manat ödəniş edib. Təkrar əməliyyat üçün isə 6000 manat lazımdır. Onun tələbi bu ödənişin ona verilməsidir ki, başqa klinikada yenidən əməliyyat olunsun.
Sözügedən özəl klinikanın baş həkimi Nigar Məhəmmədova bildirib ki, həkim Kəmalə Mirzəyeva artıq işdən çıxarılıb. Baş həkim özü də ondan şikayətçidir. /Xəzər TV
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






