"Saçsızlıq virusu" yayıldı

Jan 12, 2025 - 18:45
 0
"Saçsızlıq virusu" yayıldı
"Saçsızlıq virusu" yayıldı

Hindistanın Buldhana bölgəsindəki kəndlərdə sürətlə yayılan və saç tökülməsinə səbəb olan bir epidemiya narahatlıq yaradıb.

Doktorm.az xəbər verir ki, səhiyyə işçiləri təcili olaraq bölgəyə cəlb edilib, mütəxəssislər isə epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün çalışırlar.

Yerli əhali arasında "saçsızlıq virusu" kimi tanınan bu xəstəliyin ilkin araşdırmalara əsasən, saç, baş dərisi və dırnaqlara təsir edən bir göbələk infeksiyası olmadığı bildirilib. Bununla yanaşı, mütəxəssislər bunun yalnız ilkin nəticələr olduğunu və dəqiq diaqnoz üçün daha geniş analizlərə ehtiyac olduğunu vurğulayıblar.

Həlledici əhəmiyyət daşıyan mikrobioloji hesabatların cümə axşamına qədər yayımlanması gözlənilir.

Digər tərəfdən, Hindistan Tibb Araşdırmaları Şurasından (ICMR) bir ekspert qrupunun iki gün ərzində bölgəyə səfər edərək ətraflı araşdırmalara başlayacağı açıqlanıb.

Bu epidemiya yerli sakinlər arasında ciddi narahatlığa səbəb olub və hökumət tərəfindən ciddi nəzarət altına alınıb. (baku.ws)


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow