Məşhur göz həkimi Cahid Şahbazova AĞIR İTTİHAM - VİDEO

Jun 19, 2025 - 18:17
 0
Məşhur göz həkimi Cahid Şahbazova AĞIR İTTİHAM - VİDEO
Məşhur göz həkimi Cahid Şahbazova AĞIR İTTİHAM - VİDEO

Ajans.az xəbər verir ki, bu iddia ilə göz əməliyyatı keçirən Humay Əliyeva sosial şəbəkədə paylaşım edib.

O, bildirib ki, artıq 1 ildən çoxdur yalnış göz müayinəsi və düzgün qoyulmamış diaqnoz nəticəsində əməliyyat olunub. Nəticədə sol gözündə görmə qabiliyyətini tamamilə itirib. Onun sözlərinə görə, həkim Cahid Şahbazov tərəfindən qoyulmuş diaqnoz və aparılmış əməliyyat yanlış olub. Tibbi ekspertiza nəticəsində müəyyən edilib ki, əməliyyatdan əvvəl həkimin təyin etdiyi diaqnoz əsassızdır və gözündə heç bir ciddi problem olmayıb. Ekspertiza rəyində həkimin 3 dəfə günahlandırıldığı qeyd olunub.

Təqdim olunan sübut və faktlar olmasına rəğmən, şikayət işi yekunlaşdırılaraq məhkəməyə verilməyib. Pasiyentin sözlərinə görə, həkim ona "Mənim çox güclü vəkillərim var, siz mənə heç nə edə bilməzsiniz" deyərək məsuliyyətdən yayınmağa çalışıb.

Məsələ ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də pasiyentin paylaşımına dəstək göstərib. O, rəy bölməsində xanıma haqq verdiyini və özü də oxşar bir vəziyyətlə qarşılaşdığını qeyd edib.

Əməkdaşlarımız həkim Cahid Şahbazovdan məsələyə münasibət öyrənmək istəsə də, o, hər hansı bir açıqlama vermək istəmədiyini bildirib.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow