Görünüşdə masum, amma təhlükəli: problemlərə yol aça bilər

Jun 19, 2025 - 18:08
 0
Görünüşdə masum, amma təhlükəli: problemlərə yol aça bilər
Görünüşdə masum, amma təhlükəli: problemlərə yol aça bilər

Uşaqlarda çənə quruluşundakı gerilik, həm estetik, həm də funksional baxımdan ciddi problemlərə yol aça bilər. Mütəxəssislər bildirir ki, bu problemin erkən yaşlarda – xüsusilə 10 yaşından əvvəl ortodontik müdaxilə ilə müalicə olunması çənə inkişafında həlledici rol oynayır.

Doktorm.az bildirir ki, üst və alt çənənin uyğun gəlməməsi nəticəsində yaranan bu problem, uşaqlarda çeynəmə, danışıq və üz görünüşündə pozulma kimi narahatlıqlarla özünü göstərir. Çənə geriliyi adətən genetik faktorlar, ağızla nəfəsalma vərdişi, süd dişlərinin erkən itirilməsi, travmalar və ya yanlış əmzik istifadəsi səbəbilə ortaya çıxır.

Əgər bu vəziyyət müəyyən yaşa qədər müalicə olunmazsa, yetişkin dövrdə yalnız cərrahi müdaxilə ilə düzəldilə bilir.

Marmara Universitetinin Diş Həkimliyi Fakültəsinin Ortodontiya kafedrasının rəhbəri Doç. Dr. Murat Tozlu, məsələ ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, çənə geriliyində bəzən üst, bəzən isə alt çənə geri mövqedə olur:

“Alt çənə geriliyi daha çox genetik səbəblərlə əlaqələndirilir. Üst çənə geriliyi isə adətən ağızla nəfəsalma, yanlış əmzik və barmaq əmmə vərdişi ilə yaranır.”

Doç. Dr. Tozlu əlavə edib ki, ailələr bu problemi fərq etməyə bilər, çünki uşaq doğulduğu gündən valideynin gözünün qarşısındadır və onun üz quruluşuna artıq öyrəşmiş olurlar. Ətrafdan baxan biri və ya ortodont mütəxəssisi bu problemi daha tez müəyyən edə bilər.

Tozlu bildirib ki, ortodontlar uşaqları ən gec 8-10 yaş aralığında müayinə etmək istəyir:

“Bu yaşlarda həm diş, həm də çənə quruluşu ilə bağlı problemləri vaxtında aşkarlamaq və müalicəyə başlamaq mümkündür. Əgər bu dövr ötürülərsə və çənə fərqi çox da böyük deyilsə, dişlər üzərindən forma dəyişiklikləri ilə müalicə edilir. Ancaq vəziyyət ağırdırsa, o zaman çənə əməliyyatı qaçılmaz olur. Bunun üçün isə çənə inkişafının tamamlanması, yəni 18-19 yaşın keçməsi tələb olunur.”

Erkən yaşlarda aparılan ortodontik müalicələrlə çənə forması düzəldilə bilir. Bu məqsədlə üst çənə geridədirsə, xüsusi maska aparatları ilə öndəki mövqeyə gətirilə bilir. Alt çənə öndədirsə, onu sabit saxlamaq üçün çənəlik tətbiq olunur. Bu aparatlar yerli istehsaldır və universitet tərəfindən patentləşdirilərək hazırlanır.

Doç. Dr. Tozlu xəbərdarlıq edir:

“Əgər çənə geriliyi vaxtında müalicə olunmazsa, həm funksional, həm də estetik problemlərə yol açır. Yəni uşaq yemək yeməkdə, nəfəs almaqda, danışmaqda çətinlik çəkə bilər. Ağızla nəfəsalma bədən inkişafını da mənfi təsir edir.”

Estetik problemlər də az əhəmiyyətli deyil. Özünəinamın formalaşması, özünü ifadə etmə bacarığı, məktəb və iş həyatında uğur üçün sağlam üz və diş quruluşu vacibdir. Ona görə də müalicəyə gecikmədən, 10 yaş ətrafında başlanması məsləhət görülür. Ortodontik müalicə adətən 1-1,5 il çəkir.

Yetkin yaşa çatmış xəstələrin müalicəsi əvvəlcə ortodontik hazırlıqla başlayır. Daha sonra çənə quruluşundakı qüsurlar çənə cərrahiyyəsi tərəfindən əməliyyatla aradan qaldırılır./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow