Rich devit damcı istifadə qaydası necədir?

Rich devit damcı - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Sep 19, 2024 - 12:39
Sep 19, 2024 - 12:40
 0
Rich devit damcı istifadə qaydası necədir?
Rich devit damcı

Rich devit haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Rich devit qiyməti

Rich devit damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Rich devit qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Rich devit vitamin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.


RICH DEVİT
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Təsiredici maddə: 15 ml məhlulun tərkibində 50.000 BV Xolekalsiferol (Cholecalciferol) (1 ml-da 25 damcı, 1 damcıda 133 BV D3 vitamini) mövcuddur
Köməkçi maddələr: Zeytun yağı (Olive oil), butilhidroksianizol [Butylated hydroxyanisole, BHA)

İstifadə sahəsi və əsas göstərişlər:

D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ

Əks göstərişlər və əlavə təsirləri:

Tərkibindəki hər hansı komponenta qarşı hiperhəssaslıq. 1,5 yaşa qədər uşaqlar D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, ağciyər varaminin aktiv forması.

İstifadə qaydaları və doza:

RICH DEVİT-yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir 1,5-4 yaş arası uşaqlar: 1 damcı gündə 1 dəfə
4-14 yaş arası uşaqlar: 2 damcı gündə 1 dəfə
14 yaşdan yuxarı və böyüklər: 4 damcı gündə 1 dəfə.
İstifadədən əvvəl flakonu çalxalayın.
Qeyd: Doza və yaş həddi yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər

Buraxılış forması:

Daxilə qəbul üçün məhlul-damcı.
Qablaşdırma forması: 15 ml şüşə flakonda, karton qutu qablaşmada.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır
Soyuq yerdə saxlanıldığı zaman zəif çöküntü və ya bulanıqlıq yarana bilər Bu, məhlulun keyfiyyətinə təsir göstərmir

  1. Dərman vasitəsi deyildir
  2. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz
  3. Tövsiyə edilən sutkalıq dozanı keçməyin
  4. BFMQƏ normal qidalanmanı əvəz etmir
  5. Uşaqların əli çatmayan yerdə saxlayın
  6. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin

Aptekdən buraxılma şərti:

Reseptsiz.
DƏRMAN VASİTƏSİ DEYİLDİR. BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİDİR.

Yararlılıq müddəti:

3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.

Ticarət nişanı: PHOLSHA PHARMA FTL SPZO.O.,
Ünvan: Jana Pawla str/Il 3bf/1 05-091 Zabki.
İstehsalçı: FITO LAB MMC Azərbaycan Res., Abşeron r-nu, Saray qas,
AZ0121.
Seriya nömrəsi: FTL/RT 7788
Sifarişçi: Sea Medical.
Qeydiyyat nömrəsi: 01-Q-00589
TS AZ 1006595881.003-2022

Rich devit nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow