Karlon 5 mq istifadə qaydası necədir?
Karlon 5 mq - Hipertoniya zamanı, ürəyin digər xəstəliklərində istifadə olunan preparatdır.

Karlon 5 mq haqqında məlumat
- Karlon 5 mq qiyməti
- Tərkibi
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Karlon 5 mq nə üçündür?
Karlon 5 mq qiyməti
Karlon 5 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Karlon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Enalapril maleate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq enalapril-maleat vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, natrium-bikarbonat, maqnezium-stearat.
Farmakoterapevtik qrupu
Angiotenzinçevirici fermentin (AÇF) inhibitoru.
ATC kodu: C09AA02
İstifadəsinə göstərişlər
- Essensial hipertoniya.
- Renovaskulyar hipertoniya.
- Sol mədəciyin asimptomatik disfunksiyası olan pasiyentlərdə ürək çatışmazlığının profilaktikası.
- Xroniki ürək çatışmazlığı.
Əks göstərişlər
- Enalapril-maleata və preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
- Anamnezdə daha əvvəl AÇF inhibitoru qəbulu ilə bağlı angionevrotik ödemin yaranması.
- Hamiləlik və laktasiya dövrü (fetotoksik təsirinə görə).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diuretiklər və digər antihipertenziv preparatlarla birgə istifadə etdikdə Karlon® tabletinin antihipertenziv təsiri güclənə bilər. Kaliumun plazma səviyyəsinin artmasına səbəb olduğu üçün kaliumqoruyucu preparatlarla birgə istifadə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Tiazid qrupundan olan diuretiklərin törətdiyi kalium itkisini zəiflədir. Prostaqlandin sintezini tormozlayan qeyri-steroid iltihabəleyhinə preparatlar Karlon tabletinin hipotenziv təsirini zəiflədə bilər. Litiumla müalicə alan xəstələrdə istifadəsi litiumun plazma konsentrasiyasını artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin birinci trimestri zamanı AÇF inhibitorlarının istifadəsi məsləhət görülmür.
Hamiləliyin ikinci və üçüncü trimestrində dərman istifadə edənlərin, yenidoğulmuşlarda oliqohidramnion, hipotenziya, oliquriya, anuriya və sümük formalaşması problemləri müşahidə olunur. Bu dövrdə preparatdan istifadə edənlərdə vaxtındanəvvəl doğuş və aşağı kütləli uşaqların doğulması baş verir. Buna görə bütün AÇF inhibitorları kimi, enalapril-maleat hamiləliyin ikinci və üçüncü trimestrində istifadə edilməməlidir.
Azsaylı farmakokinetik məlumatlarda enalaprilin çox aşağı konsentrasiyalarda ana südünə keçdiyi göstərilmişdir. Bu konsentrasiyalar əhəmiyyətli dərəcədə yüksək olmasa da, laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən şəxslər Karlon® ilə müalicə zamanı nadir hallarda başgicəllənmə və ya yorğunluq hissi yarana biləcəyini nəzərə almalıdırlar.
İstifadə qaydası və dozası
Karlon® tabletləri daxilə qəbul edilir. Qida qəbulu mədə-bağırsaq traktından sorulmasına təsir etmir.
Hipertoniyanın müalicəsi:
Başlanğıc doza: gündə 1 dəfə 5 mq. Hipertoniyanın dərəcəsindən asılı olaraq başlanğıc doza 5 mq-dan 20 mq-a qədərdir. Karlon gündə bir dəfə istifadə olunur.
Dəstəkləyici doza: Adətən dəstəkləyici doza gündə 20 mq təşkil edir. Maksimal dəstəkləyici doza 40 mqdır.
Normal gündəlik doza 10-40 mq olaraq bir dəfəyə yaxud ikiyə bölünərək qəbul olunur.
Diuretik qəbul edən xəstələr:
Karlon tabletləri ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretikin qəbulu dayandırılır, çünki bu xəstələrdə duz və maye həcminin çatışmazlığı meydana çıxa bilər.
Əgər bu mümkün deyilsə müalicəyə yarım doza ilə başlanır.
Böyrək çatışmazlığı olan hipertoniyalı xəstələrdə:
Kreatinin klirensi 30 ml/dəq-dən yuxarı və 80 ml/dəq-dən aşağı olan xəstələr üçün 5-10 mq doza seçilir.
Dializdə olan xəstələr:
Başlanğıc doza, dializ günləri üçün 2,5 mq təşkil edir, dializ olmayan günlərdə isə doza alınacaq cavaba əsasən təyin edilir.
Durğun ürək çatışmazlığı olan xəstələrdə:
Karlon tabletləri, diuretik və üskükotu preparatları ilə müalicəyə əlavə olaraq istifadə edilə bilər.
Başlanğıc doza gündə 2,5 mq-dır.
Normal gündəlik doza 2,5-20 mq olmaqla, ikiyə bölünərək verilməlidir. Doza xəstənin preparata qarşı reaksiyasından asılı olaraq bir neçə gün yaxud həftə ərzində artırılmalıdır. Gündəlik maksimal doza, bölünərək qəbul edilməklə, 40 mq-dır.
Sol mədəciyin asimptomatik disfunksiyası:
Başlanğıc doza 2,5 mq-dır. Doza xəstənin preparata qarşı reaksiyasından asılı olaraq bölünmüş doza halında, gündə 20 mq-dək artırıla bilər.
Uşaqlarda istifadəsi
Karlon® preparatının başlanğıc dozası kütləsi 20 kq-dan <50 kq-a qədər olan pasiyentlərdə 2,5 mq və kütləsi ≥50 kq olan pasiyentlərdə 5 mq təşkil edir. Karlon® preparatının maksimal dozası kütləsi 20 kq-dan <50 kq-a qədər olan pasiyentlərdə 20 mq və kütləsi ≥50 kq olan pasiyentlərdə 40 mq təşkil edir.
Qlomerulyar filtrasiya göstəriciləri <30 ml/dəq/1.73 m2 olan uşaqlarda və yeni doğulmuşlarda Karlon®-un istifadəsi məsləhət görülmür.
Doza həddinin aşılması
İnsanlarda doza həddinin aşılması barədə məhdud məlumatlar mövcuddur. Doza həddinin aşılmasının əsas simptomu hipotoniyadır.
Buna görə də müalicə məqsədilə v/d duz məhlulunun yeridilməsi məqsədəuyğundur. Əgər preparat təzə qəbul edilibsə, süni qusma yaratmaq lazımdır. Karlon® plazmadan hemodializ yolu ilə xaric edilə bilər.
Buraxılış forması
Karlon® 5 mq, 10 mq tabletlər. 10 tablet, blisterdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış formaları
Karlon® Plus 20 tablet, blisterlərdə.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.
Karlon 5 mq nə üçündür?
- Hipertoniya zamanı istifadə olunan dərmanlar
- Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






