Kantab 8 mq nə üçündür? istifadə qaydası necədir?
Kantab hipertoniya zamanı, ürək çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Kantab haqqında məlumat
Kantab qiyməti
Kantab qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kantab qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kantab 8 mq qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Candesartan cilexetil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 8, 16 və ya 32 mq kandesartan sileksetil vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, polietilenqlikol 8000 P (Makroqol), aşağı əvəzlənmiş hidroksipropilsellüloza (L-HPC) (hidroksipropilsellüloza), kalsium karboksimetilsellüloza (kalsium karmelloza), maqnezium stearat, qırmızı dəmir oksidi (E172).
Təsviri
Kantab 8 mq: dairəvi, tünd çəhrayi rəngli, bir tərəfdən bölünən tabletlərdir.
Kantab 16 mq və Kantab 32 mq: dairəvi, çəhrayi rəngli, bir tərəfdən bölünən tabletlərdir.
Farmakoterapevtik qrupu
Angiotenzin II reseptorlarının antaqonistləri.
ATC kodu: C09CA06.
İstifadəsinə göstərişlər
- Yetkin insanlarda hipertoniyanın müalicəsi üçün.
- Ürək çatışmazlığı və sol mədəciyin sistolik disfunksiyası (sol mədəciyin atım fraksiyası ≤ 40 %) olan yetkin insanlarda angiotenzinçevirici fermentin (AÇF) inhibitorlarına əlavə terapiya kimi və ya AÇF inhibitorlarına dözümlülük yaxşı olmadıqda.
Əks göstərişlər
- Kandesartan sileksetilə və ya köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq.
- Hamiləliyin ikinci və üçüncü trimestri.
- Ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Klinik farmakokinetik tədqiqatlarda öyrənilmiş vasitələrə hidroxlorotiazid, varfarin, diqoksin, peroral kontraseptivlər (etinilestradiol/levonorqestrel), qlibenklamid, nifedipin və enalapril daxildirlər. Bu dərman vasitələri ilə klinik cəhətdən əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir müəyyən edilməmişdir.
Qan plazmasında litiumun konsentrasiyasının geriyə dönən artması və toksikliyi litiumun AÇF inhibitorları ilə birgə qəbulu zamanı qeydə alınmışdır. AIIRA-lar ilə də eyni təsir baş verə bilər.
Kandesartanın litiumla istifadəsi məsləhət görülmür. Əgər kombinasiyanın zərurəti sübut olunarsa, qan plazmasında litium səviyyəsinin diqqətli monitorinqi tövsiyə olunur.
AIIRA-lər qeyri-steroid iltihab əleyhinə dərman preparatları (QSİƏP) (yəni COX-2 inhibitorları, asetilsalisil turşusu > 3 q/gün) ilə eyni zamanda qəbul olunduqda, antihipertenziv təsirinin azalması baş verə bilər.
AÇF inhibitorları ilə olduğu kimi, AIIRA-lər və QSİƏP-lərin eyni vaxtda qəbul edilməsi mümkün kəskin böyrək çatışmazlığı daxil olmaqla böyrək funksiyasının pisləşməsi riskinin və xüsusilə də artıq mövcud zəifləmiş böyrək funksiyası olan xəstələrdə plazmada kaliumun artmasına gətirib çıxarır. Kombinasiya, xüsusilə də yaşlı insanlarda ehtiyatla həyata keçirilməlidir. Xəstələr düzgün şəkildə hidratasiya olunmalıdırlar və müalicəyə başlandıqdan sonra böyrək funksiyasının vaxtaşırı diqqətli monitorinqi həyata keçirilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamiləlik zamanı AIIRA təyin edilməməlidir. AIIRA ilə aparılan müalicə vacib hesab edilmədiyi təqdirdə, hamiləlik planlaşdıran xəstələr onu hamiləlik dövründə tətbiq edilməsi zamanı təhlükəsizlik profili sübut olunan alternativ antihipertenziv müalicə ilə dəyişdirilməlidirlər. Hamiləlik təsdiqləndiyi halda, AIIRA ilə müalicə dərhal dayandırılmalı və əgər uyğundursa alternativ müalicəyə başlanılmalıdır.
Laktasiya
Uşaqların ana südü ilə qidalanması zamanı Kantab®-ın istifadəsi ilə bağlı heç bir məlumat mövcud olmadığından, Kantab® tövsiyə edilmir və laktasiya dövründə daha yaxşı təhlükəsizlik profili müəyyən edilmiş alternativ müalicə üsulları, xüsusilə də yeni və ya erkən doğulmuş körpələrin ana südü ilə qidalandırılması zamanı daha üstün hesab edilirlər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kandesartanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlərdən idarə etmək qabiliyyətinə təsirini öyrənməyə yönəlmiş tədqiqatlar keçirilməmişdir. Lakin, nəzərə almaq lazımdır ki, Kantab® ilə müalicə zamanı nadir hallarda başgicəllənmə və ya yorğunluq hissi yarana bilər.
İstifadə qaydası və dozası
İstifadə qaydası
Peroral istifadə.
Kantab qida qəbulundan asılı olmayaraq gündə bir dəfə qəbul edilməlidir.
Kandesartanın biomənimsənilməsi qidadan asılı deyil.
Hipertenziya zamanı dozalanma
Kantab-ın tövsiyə edilən başlanğıc və dəstəkedici dozası gündə bir dəfə 8 mq təşkil edir.
Antihipertenziv təsirin böyük hissəsi 4 həftə ərzində əldə olunur. Qan təzyiqi düzgün şəkildə nəzarət olunmayan bəzi xəstələrdə doza gündə bir dəfə 16 mq-dək və maksimum gündə bir dəfə 32 mq-dək artırıla bilər. Müalicəyə qan təzyiqindəki dəyişikliyə uyğun olaraq korreksiyalar edilməlidir.
Kantab digər antihipertenziv vasitələrlə birgə təyin edilə bilər. Hidroxlorotiazidin əlavə edilməsi ilə kandesartanın müxtəlif dozalarının antihipertenziv təsirinin artması göstərilmişdir.
Ürək çatışmazlığı zamanı dozalanma
Kantab-ın adətən tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 4 mq-dır. Hədəf 32 mq dozayadək yaxud keçirilə bilən yüksək dozaya qədər artan titrasiya ən azı 2 həftəlik interval ilə dozanı iki dəfə artırılmaqla aparılmalıdır. Ürək çatışmazlığı olan xəstələrin qiymətləndirilməsinə hər zaman böyrək funksiyasının, o cümlədən, plazmada kreatininin və kaliumun monitorinqi daxil edilməlidir. Kantab ürək çatışmazlığının müalicəsi üçün istifadə olunan digər dərman vasitələri, o cümlədən, AÇF inhibitorları, beta-blokatorlar, diuretiklər, üskükotu və ya bu dərman vasitələrinin ardıcıl və ya kombinasiyası şəklində istifadə edilə bilər. AÇF inhibitorlarının,
kalium qovucu diuretiklərin (məsələn, spironolakton) Kantab®-la birgə istifadəsi tövsiyə olunmur və yalnız potensial fayda və risklərin qiymətləndirilməsindən sonra istifadəsi haqqında qərar alınmalıdır.
Xüsusi qrup xəstələr
Yaşlı və yaxud damardaxili həcmin azalması və ya böyrək çatışmazlığı və ya yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı ilə olan xəstələrdə başlanğıc dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Pediatrik populyasiya
Yeni doğulmuş və 18 yaşa qədər olan uşaqlarda hipertenziyanın və ürək çatışmazlığının müalicəsi zamanı Kantab-ın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Heç bir məlumat məlum deyildir.
Damardaxili həcmin azalması ilə xəstələr
Hipotoniya riski ehtimalı olan xəstələrdə (damardaxili həcm azalması olan xəstələr) 4 mq-lıq başlanğıc doza istifadəsi tövsiyə oluna bilər.
Böyrək çatışmazlığı olan xəstələr
Böyrək çatışmazlığı, o cümlədən hemodializdə olan xəstələrdə başlanğıc doza 4 mq-dır. Doza cavabа görə titrasiya edilməlidir. Böyrək çatışmazlığının çox ağır və ya son mərhələsi (kreatinin klirensi < 15 ml/dəq) olan xəstələrdə istifadə haqqında məlumatlar məhduddur.
Qaraciyər çatışmazlığı olan xəstələr
Yüngül və orta qaraciyər çatışmazlığı olan xəstələrə gündə bir dəfə 4 mq-lıq ilkin doza istifadəsi tövsiyə edilir. Doza cavaba uyğun olaraq dəyişdirilə bilər. Kantab ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz olan xəstələrə əks göstərişdir.
Qara dərili xəstələr
Kandesartanın antihipertenziv təsiri qara dərili xəstələrdə qara dərili olmayan xəstələrlə müqayisədə daha zəif olur. Nəticədə, Kantab-ın dozasının artırılması və dəstəkləyici müalicə fonunda qan təzyiqinə nəzarətə qara dərili olmayan xəstələrə nisbətən qara dərili xəstələrdə daha tez-tez ehtiyac ola bilər.
DƏRMAN QƏBULU ZAMANI GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR YARANDIQDA HƏKİMİNİZLƏ MƏSLƏHƏTLƏŞİN!
Doza həddinin aşılması
Simptomları
Farmakoloji göstəriciləri nəzərə alaraq doza həddinin aşılması simptomatik hipotenziya və başgicəllənmə kimi simptomlarla özünü göstərə bilər. Doza həddinin aşılmasının (kandesartan sileksetil 672 mq qədər) aradan qaldırılması ayrı-ayrı hallarda xəstədə ağırlaşdırıcı amillər olmadan baş verirdi.
Müalicəsi
Əgər simptomatik hipotenziyanın yaranma riski olarsa, simptomatik müalicə aparılmalıdır və həyati vacib orqan və sistemlər nəzarətdə saxlanılmalıdırlar. Xəstə ayaqları yuxarı qaldırılaraq beli üstə uzadılmalıdır. Əgər bu effekt verməssə, plazmanın həcmi izotonik duz məhlulu kimi infuziyalardan istifadə olunmaqla artırılmalıdır. Simpatomimetik dərman vasitələri yuxarıda göstərilən tədbirlər effektiv olmadıqda tətbiq edilə bilər.
Kandesartan hemodializ ilə xaric olunmur.
Buraxılış formaları
Kantab 8 mq
14 tablet, şəffaf PVX/PE/PVDX-Al blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Kantab 16 mq
14 tablet, şəffaf PVX/PE/PVDX-Al blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Kantab 32 mq
14 tablet, şəffaf PVX/PE/PVDX-Al blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºC-dən aşağı temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiyə
Kantab nə üçündür?
- Hipertoniya zamanı istifadə olunan dərmanlar
- Ürək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






