Qocalmağı geri qaytara biləcək GEN TAPILDI - Alimlərdən yeni kəşf

Mar 6, 2025 - 20:45
 0
Qocalmağı geri qaytara biləcək GEN TAPILDI - Alimlərdən yeni kəşf
Qocalmağı geri qaytara biləcək GEN TAPILDI - Alimlərdən yeni kəşf

Osaka Universitetinin tədqiqatçıları qocalmanı hüceyrə səviyyəsində geri qaytara biləcək əsas protein kəşf ediblər.

Doktorm.Az türk mediasına istinadla xəbər verir ki, araşdırmalara görə, AP2A1 adlı zülal alt bölməsi qocalmış hüceyrələrin unikal strukturunu formalaşdırmaqda mühüm rol oynayır. Bu zülalın yatırılması qocalmanı geri qaytarır, artması isə qocalmanı sürətləndirir.

Tədqiqatın aparıcı müəllifi Pirawan Chantachotikul hüceyrələrin ölçüsünü necə saxladıqlarını başa düşməyə çalışdıqlarını qeyd edib. Xüsusilə, qocalmış hüceyrələrdə stres lifləri daha qalın olur ki, bu da hüceyrələrin böyük ölçüsünü qorumağa kömək edir.

AP2A1 zülalının və onun əlaqəli integrin β1 zülalının hüceyrə strukturunda mühüm rolu olduğunu aşkar edən alimlər bu kəşfi qocalma və yaşlanma ilə əlaqəli xəstəliklər üçün yeni müalicə üsullarının inkişafına töhfə olaraq qiymətləndiriblər./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow