Hər gün mineral su için, fərqi görün

Jan 23, 2025 - 08:20
 0
Hər gün mineral su için, fərqi görün
Hər gün mineral su için, fərqi görün

Tədqiqatçılar mineral suyun orqanizmə təsirini araşdırıblar.

Doktorm.az xəbər verir ki, yeni bir araşdırma, mineral suyun arıqlamağa kömək edə biləcəyini ortaya qoyub. 

Dr. Akira Takahashi, mineral suyun qlükoza udulmasını sürətləndirərək maddələr mübadiləsini artıra biləcəyinə diqqət çəkib. 

Qazlı içkinin sizi tox hiss etdirmə və aclıq hissini yatırma qabiliyyəti mineral suyun potensial arıqlamaq üçün köməkçi ola biləcəyini göstərir.

Dr. Takahashi izah edib ki, mineral suda olan CO₂ mədənin selikli qişasından sorulur və qırmızı qan hüceyrələrində bikarbonata çevrilir, bədəndəki fermentləri aktivləşdirir və bu, qlükoza istifadəsini sürətləndirir. 

Digər tərəfdən, bu tapıntıların tək başına kilo vermək üçün kafi olmadığına və balanslı bir pəhriz və nizamlı idmanın da əhəmiyyətli olduğuna diqqət çəkib./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow