Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir

Apr 16, 2025 - 11:11
 0
Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir
Qızarmış göz qapaqları bu xəstəliyin əlamətidir

Göz qapaqlarının davamlı qızarması və şişməsi blefarit adlı xroniki göz xəstəliyinin göstəricisi ola bilər.

Doktorm.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Mutlu Acarın sözlərinə görə, bu xəstəlik göz qapaqlarında yerləşən yağ vəzilərinin funksiyasının pozulması nəticəsində yaranır və vaxtında müalicə olunmazsa, ciddi fəsadlara səbəb ola bilər.

Blefaritin simptomları arasında kirpik dibində qabıqlanma, səhərlər göz qapaqlarının yapışması, qaşınma, yanma və bulanıq görmə yer alır. Prof. Acar erkən diaqnoz və müntəzəm göz qapağı baxımının xəstəliyin idarəsində əsas rol oynadığını vurğulayıb.

Xəstəliyin qarşısını almaq üçün göz gigiyenasına diqqət yetirilməli, göz makiyajı düzgün təmizlənməli və göz həkiminin təyin etdiyi vasitələrdən istifadə olunmalıdır. \\milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow