Proktosedil şam nə üçündür? istifadə qaydası necədir?

Proktosedil şam - Babasil (hemorroy) zamanı istifadə olunan preparatdır.

Sep 15, 2024 - 19:29
Sep 15, 2024 - 19:28
 0
Proktosedil şam nə üçündür? istifadə qaydası necədir?
Proktosedil şam

Proktosedil şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Proktosedil şam qiyməti 

Proktosedil M qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Proktosedil şam qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Proktosedil şamı nə üçündür?

Babasil əlamətlərini yüngülləşdirən kombinəolunmuş vasitədir. Tərkibindəki aktiv maddələrin sayəsində iltihab, qaşınma və şişkinliyi aradan qaldırır. Bundan əlavə preparat ağrıkəsici və angioprotektor xüsusiyyətlərə malikdir.  

Tərkibi

Dərmanın tərkibinə hidrokortizon, framisetin, ekulozid, butamben və benzokain daxildir.  

Hidrokortizon – böyrəküstü vəzinin sintez etdiyi qlükokortikosteroid hormondur. Güclü iltihabəleyhinə, damardaraldıcı, anestetik və hipoallergen təsirlidir. Effekti qısa zaman ərzində bilinir.

Framisetin – antibiotikdir. Onun antibakterial və bakterisid təsirləri vardır. Geniş spektrli qram-mənfi və qram-müsbət mikroblara qarşı aktivlik göstərir.  

Eskulozid – at şabalıdının qabığından alınan qlikoziddir. Antioksidant, tromb və iltihabəleyhinə, venaları tonuslandırıcı xüsusiyyətləri qeydə alınır. Bu komponent damar divarlarını möhkəmləndirir, kapilyar keçiriciliyini aşağı salır.  

Benzokain və betambin – anestetiklərdir. Onlar sinir-impuls aktivliyini blokada edərək, ağrı və qaşınmanı aradan qaldırır. Bu təsir şamın düz bağırsağa yeridilməsindən sonra 60 saniyə ərzində baş verir.  

İstifadəsinə göstərişlər

Rektal istifadə üçün olan Proktosedil şamı aşağıdakı hallarda tətbiq edilir:  

  • Daxili babasil
  • Anal çat;  
  • Cərrahi müdaxilələrdən və hamiləlikdən sonra yaranan babasil. 

Əks göstərişlər

  • Preparatın tərkib hissələrinə qarşı hiperhəssaslıq;  
  • Perianal nahiyənin virus, göbələk və vərəm mənşəli infeksion-iltihabi zədələnmələri;
  • Hamiləlik və südvermə dövrü;
  • 3 yaşdan kiçik uşaqlar.

İstifadə qaydası

Şam düz bağırsağa adətən gündə 2 dəfə (səhər-axşam) yeridilir. Ehtiyac yarandıqda onu hər defekasiya aktından sonra da istifadə etmək mümkündür.  

Şamı yeritməzdən əvvəl əllər və anal nahiyə yaxşıca yuyulur. Sonra dərman anal dəlikdən maksimal dərəcədə daxilə salınır.  

Babasilin əlamətləri zəiflədikdə, ümumi vəziyyət yüngülləşdikdə şamın istifadəsini gündə 1 dəfəyə qədər azaltmaq olar. Ümumilikdə müalicə kursu 7 gün davam edir. 

Farmakoloji Təsiri:

Babasil əleyhinə

Vahidi:

SVEC

İstehsalçı Ölkə:

GER

İstehsalçı Firma:

Sanofi Aventis

Təsiredicinin miqdarı :

  • Hidrokortizonasetat 2.79 mq
  • Framisetin sulfat 5 mq
  • Eskulozid 5 mq
  • Etilaminobenzoat 5 mq
  • Butilaminobenzoat 5 mq

Proktosedil şamı nədir? 

Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow