Fitozol kapsul nə üçündür?

Fitozol kapsulu tərkibi təbii dərman bitkiləri ilə zənginləşdirilmiş qurd əleyhinə yüksək effektli məhsuldur. Fitozol kapsulun tərkibi adi dağtərxunu çiçəyi, çətirli isitmə otu (qızılçətir), zəncəfil, mixək kimi bitkilər ilə zənginləşdirilmişdir.

Sep 17, 2024 - 19:04
 0
Fitozol kapsul nə üçündür?
Fitozol kapsul

Fitozol kapsul haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Fitozol kapsul qiyməti

Fitozol kapsul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fitozol kapsul qiyməti 15 azn - 17 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fitozol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin quru ekstraktı – 30 mq, çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun quru eks­traktı – 30 mq, mixək (ətirli siziqium) (Syzygium aromaticum) qönçəsinin tozu – 115 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu -115 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (amylum maidis) – 110 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:

Müxtəlif qurd invaziyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:

Böyüklər: 1 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məslə­həti ilə qəbul edə bilər.

Əks göstərişlər: 

Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssas­lıq.

Saxlanma qaydası: 

25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 

400 mq-lıq 50 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Fitozol kapsul nə üçündür?

Qurd xəstəliklərində istifadə edilən dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow