Pampers seçərkən bunlara qiqqət edilməlidir

Körpəniz üçün ən uyğun pampersi necə seçməli? Gigiyenik, çəkisinə uyğun, yüksək sorucu gücə malik və rahat pampers seçimləri haqqında ətraflı məlumatı burada tapın. Körpənizin rahatlığı və sağlamlığı üçün mükəmməl bələdçi.

Oct 29, 2024 - 11:23
 0
Pampers seçərkən bunlara qiqqət edilməlidir
Pampers seçərkən bunlara qiqqət edilməlidir

Körpəniz üçün uyğun pampers seçimi onun rahatlığı və sağlamlığı üçün çox önəmlidir. Doğru pampers körpənin dərisini quru saxlayaraq qızartı və tahriş riskini azaldır. Gigiyenik, çəkisinə uyğun, yüksək sorucu gücə malik və rahat olması, həmçinin cazibədar dizayna sahib olması körpənin gündəlik rahatlığı üçün vacib amillərdəndir. Bu məqalədə pampers seçərkən diqqət etməli olduğunuz əsas məqamlardan bəhs edəcəyik.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

1. Gigiyenikdirmi?

Bebeğiniz üçün alacağınız pampers birbaşa onun dərisinə təmas etdiyindən və bu bölgə mikroblar qarşısında həssas olduğundan, mütləq gigiyenik olmalıdır. Əllə toxunulmadan istehsal olunmuş və paketlənmiş məhsullara üstünlük verin. Açıqda satılan məhsulların gigiyenik olub-olmadığını və saxlanma şəraitini təmin etmək mümkün olmur. Uşaq pampersləri tam avtomatik sistemlərdə gigiyenik şəkildə istehsal edilir və yenə də əllə toxunulmadan paketlənir.

2. Çəkiyə görəmi?

Pampers seçərkən uşağın yaşına deyil, çəkisinə baxmaq lazımdır. Artıq pampers qablaşdırmalarında çəki aralıqları göstərilir. Uşağın çəkisindən az və ya çox ölçüdə olan pampers sızmaya səbəb ola bilər və bu da körpənizin dərisində qızartı və ya tahriş yaradar. Ona görə də körpəniz böyüdükcə daha böyük ölçüdə pampers istifadə etməlisiniz. Əgər uzun müddət istifadə etdiyiniz məhsul sızdırmağa və ya qızartı yaratmağa başlayarsa, əvvəlcə ölçünün uşağınıza uyğun olub-olmadığını yoxlayın.

3. Sorucu gücü necədir?

Pamperslərin xarici görünüşü bir-birinə bənzəsə də, içəridə mayeni udub saxlayan qat məhsulun sorucu gücünü müəyyən edir. Yüksək sorucu gücə malik pampers körpənizin dərisinin daha uzun müddət quru qalmasını təmin edir və pampersi daha gec dəyişməyinizə şərait yaradır. Bu həm sağlamlıq, həm də iqtisadi baxımdan faydalıdır. Uşaq pampersləri qiymət-keyfiyyət nisbətinə görə bazarın ən keyfiyyətli məhsullarından biridir. Heç bir pampers körpənizin 6-7 saatlıq ehtiyacını qarşılamaz. İdeal olaraq, yeni doğulan körpələrdə 2-3 saatda bir, daha böyük uşaqlarda isə 3-4 saatda bir dəyişdirilməlidir.

4. Ergonomikdirmi?

Körpənin çəkisi, boyu və ayaq quruluşuna uyğun pamperslər körpənin rahatlığını təmin edir və sızma riskini minimuma endirir. Bu qayda yan bağlama lentləri üçün də keçərlidir. Keyfiyyətli lentlər təkrar-təkrar açılıb bağlana bilməlidir. Uşaq pampersləri uşaqların ayaq quruluşuna uyğun dizayn edilib və müxtəlif çəki və boylara uyğun ölçülərdə hazırlanır. Həmçinin, bu məhsullar təkrar açılıb bağlanmağa davamlı lentlərə malikdir.

5. Cazibədar fiqurlar şəkilləri?

Pamperslərin üzərindəki sevimli fiqurlar, körpəniz müəyyən yaşa çatdıqda, həmin pampersi bəyənib onu çıxarmaq istəməməsi üçün əhəmiyyətlidir. Uşaq pampersləri körpənizin diqqətini çəkəcək xüsusi dizayn edilmiş fiqurlara sahibdir.

Bu məqalədə göstərilən hər bir məqam körpəniz üçün ən uyğun pampersi seçməyinizə kömək edəcək.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow