Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq? - VİDEO

Mar 7, 2025 - 11:50
Mar 7, 2025 - 11:51
 0
Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq? - VİDEO
Orqanını satmaq istəyənlər: çarəsizlik, xeyirxahlıq, yoxsa dələduzluq? - VİDEO

Son vaxtlar insan orqanlarının satışına dair elanlar artıb. Bəziləri bunu maddi çətinliklər səbəbindən, bəziləri isə kiməsə  şəfa vermək baxımından etdiklərini deyirlər. Lakin qanunvericiliyə görə bu cür satışlar qadağandır.

Doktorm.az Xəzər TV-yə istinadən bildirir ki, elanlarda kimisinin böyrəyini, kimisinin isə qaraciyərini satdığı qeyd olunur.

Elə biz də həmin şəxslərdən biri ilə əlaqə saxladıq.  

Böyrəyini satmaq istəyən şəxs dedi ki, proses qanunla qadağan olunsa da, ediləcək ödənişdən heç kimin xəbəri olmasın.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, bu proses əsasən qohumluq əlaqəsi olan şəxslər arasında mümkündür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edildi ki, faktla bağlı araşdırma aparılır.

Ekspertlər bildirirlər ki, bəzən bu elanlar dələduzlar tərəfindən də paylaşılır.

Daha ətraflı videomaterialı təqdim edirik. 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow