Omegast

Omegast haqqında məlumatları platformamızdan əldə edə bilərsiniz

Jul 9, 2024 - 18:02
Jul 9, 2024 - 18:20
 0
Omegast
Omegast

Omegast haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Omegast qiyməti

Omegast qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Omegast qiyməti 4 azn -7 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Omegast qiyməti -ni öyrənərək əldə edəsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Omeprazole

Omegast tərkibi

Təsiredici maddə: 1 enterik örtüklü mikropellet kapsulda 20 mq omeprazol vardır.
Köməkçi maddələr: şəkər kürəcikləri, natrium nişasta qlikolyatı (Explotab), natrium-laurilsulfat, povidon (PVP K30), hipromelloza ftalat 50 (HP 50), talk, mannitol, mivaset, şəkər, hidroksipropilmetilsellüloza 603 (Farmakoat 603)
Bərk jelatin kapsullar N2: (sarı qeyri-şəffaf/yaşıl qeyri-şəffaf bərk jelatin kapsulların tərkibində titan dioksid (E171), qırmızı dəmir oksidi (E172), xinolin sarısı (E104), indigotin (E132) vardı).

Farmakoterapevtik qrupu

Proton pompasının inhibitoru.
ATC kodu: А02ВС01

İstifadəsinə göstərişlər

Omegast nə üçündür?

Böyüklər:

  • 12-barmaq bağırsaq xoralarının müalicəsi;
  • 12-barmaq bağırsaq xoralarının residivinin profilaktikası;
  • Mədə xoralarının müalicəsi;
  • Mədə xoralarının residivinin profilaktikası;
  • Peptik xora xəstəliyində müvafiq antibiotiklər ilə kombinasiyada, Helicobacter pylori-nin (H. pylori) eradikasiyası;
  • QSİƏP-lə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının müalicəsi;
  • Risk qrupunda olan pasiyentlərdə QSİƏP ilə əlaqəli mədə və 12-barmaq bağırsaq xoralarının qarşısının alınması;
  • Reflüks ezofaqitin müalicəsi;
  • Müalicə olunmuş reflüks ezofaqitli pasiyentlərdə uzunmüddətli təyinatlarda;
  • Qastroezofaqeal reflüks xəstəliyinin simptomlarının müalicəsi;
  • Zollinger-Ellison sindromunun müalicəsi.

Uşaqlar:

1 yaşdan yuxarı və ≥10 kq-dan çox olan uşaqlar

  • Reflüks ezofaqitin müalicəsi
  • Qastroezofaqeal reflüks zamanı mədə qıcqırmasının və turşu requrqitasiyasının (gəyirmə) simptomatik müalicəsi

4 yaşdan yuxarı uşaqlar

Müvafiq antibiotiklərlə kombinasiyada 12-barmaq bağırsağın H. pylori ilə törədilmiş xora xəstəliyinin müalicəsi

Omegast əks göstərişlər

  • Omeprazola, benzimidazol törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq.
  • Omeprazol proton pompasının digər inhibitorları (PPİ) kimi nelfinavir ilə paralel istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

  • Omeprazol hamiləlik dövründə istifadə oluna bilər.
  • Omeprazol ana südünə ifraz olunur, lakin terapevtik dozalarda körpəyə təsir göstərmi

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Omeqast böyük ehtimalla nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Dərmanın görmənin pozulması və yaxud başgicəllənmə kimi əlavə təsirləri meydana çıxarsa, pasiyentlər avtomobildən və ya potensial təhlükəli mexanizmlərdən istifadə etməməlidirlər.

Omegast istifadə qaydası və dozası

Preparatın səhər vaxtı qəbul edilməsi tövsiyə olunur, acqarına qəbul olunması arzuolunandır və maye ilə qəbul edilməlidir.
Udma qabiliyyəti pozulmuş xəstələrdə kapsulun möhtəviyyatı yüngül dərəcəli turş mühitli olan mayelərə qatılıb 30 dəqiqə müddətində istifadə oluna bilər. Kapsul çeynənməməli və əzilməməlidir.

Böyüklərdə doza qaydaları

12-barmaq bağırsağın xora xəstəliyi
Gündə 1 dəfə 1 kapsul (20 mq). Xəstələrin əksəriyyətində xoranın yaxşılaşması artıq 2 həftədən sonra müşahidə olunur; lazım gələrsə müalicə daha 2 həftə uzadıla bilər. Bu sxemə yaxşı cavab verməyən xəstələrə daha yüksək doza - gündə 1 dəfə 2 kapsul (40 mq) təyin oluna bilər. Adətən 4 həftə müddətində yaxşılaşma baş verir.
12-barmaq bağırsaq xorasının residivinin profilaktikası
H. pylori neqativ pasiyentlərdə və yaxud H. pylori-nin eradikasiyası mümkün olmadıqda 12- barmaq bağırsağın residivinin profilaktikası üçün tövsiyə olunan doza Omeqast 20 mq gündə 1 dəfə. Bəzi pasiyentlərdə gündəlik 10 mq kifayətdir. Müalicə yetərli olmazsa doza 40 mq-a artırıla bilər.
Mədənin xora xəstəliyi
Gündə 1 dəfə 1 kapsul (20 mq). Müalicə müddəti 4 həftədir; ehtiyac olarsa müalicə daha 4 həftə uzadıla bilər. Gündə 1 kapsul (20 mq) dozalanma sxeminə və H2-histamin reseptorlarının blokatorları ilə müalicə zamanı nəticə alınmayan xəstələrə omeprazol gündə 1 dəfə 40 mq (2 kapsul) yüksək doza ilə təyin oluna bilər və adətən 8 həftə müddətində effektini göstərir.
Mədə xorasının residivinin profilaktikası
Müalicəyə zəif cavab verən pasiyentlərdə mədə xoralarının residivinin profilaktikası üçün
Omeqast gündə bir dəfə 20 mq tövsiyə olunur. Lazım olduqda omeprazolun dozası 40 mq-a qədər artırıla bilər.
Peptik xora zamanı H. pylori-nin eradikasiyası
Peptik xora zamanı H. pylori-nin eradikasiyası məqsədi ilə: Omeprazol müvafiq antibiotiklə kombinasiyada aşağıdakı sxemə uyğun tətbiq olunmalıdır:
• Omeqast® 20 mq + Klaritromisin 500 mq + Amoksisillin 1000 mq, hər biri gündə iki dəfə 1 həftə ərzində
• Omeqast® 20 mq + Klaritromisin 250 mq (alternativ 500 mq) + Metronidazol 400 mq (və yaxud 500 mq və yaxud tinidazol 500 mq), hər biri gündə iki dəfə bir həftə ərzində və ya
• Gündə bir dəfə Omeprazol 40 mq, 500 mq Amoksisillin ilə və 400 mq Metronidazol (və yaxud 500 mq və yaxud tinidazol 500 mq) ilə birlikdə hər ikisi gündə üç dəfə 1 həftə ərzində

Əlavə təsirləri

Baş ağrısı, qarın ağrısı, qəbzlik, ishal, köp və ürəkbulanma kimi ümumi əlavə təsirləri (1-10% pasiyentlərdə) müşahidə oluna bilər.
Omeprazol üçün keçirilən klinik tədqiqatlarda və postmarketinq müşahidələrdə aşağıda göstərilən arzuolunmaz təsirlər müəyyən edilmişdir.
Heç biri doza ilə bağlı deyildi. Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi qruplaşdırılır:

Çox geniş yayılmış (≥1/10), geniş yayılmış (≥1/100-dən <1/10-a qədər), geniş yayılmamış (≥1/1000-dən <1/100 qədər), nadir (≥1/10000-dən <1/1000-ə qədər), çox nadir (<1/10000), məlum olmayan (əldə olunan məlumatlardan qiymətləndirilə bilmir).
Qan və Limfa sisteminin pozğunluqları:
Nadir: leykopeniya, trombositopeniya
Çox nadir: aqranulositoz, pansitopeniya
İmmun sistemin pozğunluqları:
Nadir: hiperhəssaslıq reaksiyaları: qızdırma, angioödem və anafilaktik reaksiyalar/şok
Metabolizm və qidalanma pozğunluqları:
Nadir: hiponatriemiya
Məlum olmayan: hipomaqneziemiya
Psixiatrik pozğunluqlar:
Geniş yayılmamış: yuxusuzluq
Nadir: təlaş, çaşqınlıq, depressiya
Çox nadir: aqressiya, hallüsinasiyalar
Sinir sisteminin pozğunluqları:
Geniş yayılmış: baş ağrısı
Geniş yayılmamış: başgicəllənmə, paresteziya, yuxululuq
Nadir: dad pozğunluqları
Görmə pozğunluqları:
Nadir: bulanıqlı görmə
Qulaq və labirint pozğunluqları:
Geniş yayılmamış: başgicəllənmə
Tənəffüs, döş qəfəsi və divararalığının pozğunluqları:
Nadir: bronxospazm
Mədə-bağırsaq pozğunluqları:
Geniş yayılmış: qarın ağrısı, qəbzlik, ishal, köp, ürəkbulanma/qusma
Nadir: ağız quruluğu, stomatit, mədə-bağırsaq kandidozu
Müəyyən olmayan: mikroskopik kolit
Qaraciyər-öd pozğunluqları:
Geniş yayılmamış: qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi
Nadir: sarılıq ilə müşahidə olunan və ya sarılıqsız hepatit
Çox nadir: qaraciyər çatışmazlığı, qaraciyər xəstəliyi olan pasiyentlərdə ensefalopatiya
Dəri və dərialtı toxumaların pozğunluqları:
Geniş yayılmamış: dermatit, qaşınma, səpgi, urtikariya
Nadir: alopesiya, fotohəssaslıq
Çox nadir: müxtəlif formalı eritema, Stivens-Conson Sindromu, toksik epidermal nekroliz (TEN)
Skelet-əzələ sisteminə və birləşdirici toxumanın pozğunluqları:
Geniş yayılmamış: bud, bilək və ya onurğanın sınığı
Nadir: artralgiya, mialgiya
Çox nadir: əzələ zəifliyi
Böyrək və sidikçıxarıcı yolların pozğunluqları:
Nadir: interstisial nefrit
Reproduktiv sistem və süd vəzi pozğunluqları:
Çox nadir: ginekomastiya
Ümumi pozğunluqlar:
Geniş yayılmamış: halsızlıq, periferik ödem
Nadir: tərləmə

Gözlənilməyən effektlər meydana çıxdıqda həkimə müraciət edin.

Saxlanma şəraiti

30 °С-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması

Omeqast 20 mq. 7 enterik örtüklü mikropellet kapsul, blisterlərdə. 2 blister (14 enterik örtüklü mikropellet kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.

Aid olduğu kateqoriyalar

  1. Qastrit zamanı istifadə olunan dərmanlar
  2. Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
  3. Ezofagit zamanı istifadə olunan dərmanlar

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow