Novasan istifadə qaydası

Novasan qidalanma pozğunluğu zamanı, immunçatışmazlığı zamanı, vitamin və mineral çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 08:33
Aug 4, 2024 - 08:40
 0
Novasan istifadə qaydası
Novasan

Novasan haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
  • Novasan nə üçündür?
  • Hamısına bax

    Novasan qiyməti

    Novasan qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Novasan qiyməti 25 azn - 27 azn arasında dəyişir.  

    Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Novasan vitamin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

    Balanslaşdırılmış vitamin, mineral, makro- və mikroelement kompleksi

    TƏRKİBİ

    Vitaminlər:                                                             Makro və mikroelementlər:

    Vitamin A                 800 mkq                                    Kalsium              Ca             120 mq
    Vitamin C                   120 mq                                     Dəmir                 Fe             27   mq
    Vitamin D                   10 mkq                                     Maqnezium      Mg             100 mq
    Vitamin E                   40 mq                                       Sink                    Zn             25   mq
    Vitamin B1                 5 mq                                          Yod                     J                150 mkq
    Vitamin B2                 4 mq                                         Kalium               K               40   mq
    Vitamin B6                 6 mq                                         Molibden           Mo           90   mkq
    Vitamin B12              9 mkq                                        Manqan             Mn           4     mq
    Vitamin K                   50 mkq                                     Mis                     Cu            2     mq
    Nikotin turşusu         20  mq                                      Selen                  Se             150 mkq
    Fol turşusu                400 mkq
    Biotin                          70 mkq
    Pantoten turşusu     10 mq

    Novasan orqanizmin bütün vitamin, mineral, makro- və mikroelement çatışmazlığını aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral, makro- və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral, makro-  və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Antioksidantlar (vitamin A, C, E, Se, Zn ) qocalma prosesini, aterosklerozun yaranmasını ləngidir, hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrupu vitaminləri sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink isə nəinki, zərərli radikallardan müdafiəni gücləndirir,  həmçinin cinsi hormonların sintezini artırır və prostat vəzinin normal fəaliyyətini təmin edir. Novasan hər növ  avitaminozlar, hipovitaminozlar, makro- və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilə bilər.

    GÖSTƏRİŞLƏRİ

    • Vitamin, mineral, makro və mikroelement defisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral, makro- və mikroelementlərə tələbatın yüksəldiyi
    • Hamiləlik zamanı və südvermə dövründə yaranan avitaminoz və hipovitaminozların müalicə və profilaktikası. Həmçinin, hamiləliyə hazırlıq dövrü.
    • Cinsiyyət sisteminin funksiyasının zəifləməsi, sonsuzluq.
    • İmmun sistemin zəifləməsi, cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
    • Göz xəstəlikləri.
    • Ürək-damar sistemi xəstəlikləri. Ateroskleroz.
    • Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
    • Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
    • Onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı aktiv profilaktika tədbirlərinin aparılması məqsədi ilə.
    • Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri.
    • Vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədi ilə.
    • İdmançılarda artıq fiziki yüklənmə zamanı

    ƏLAVƏ TƏSİRLƏRİ

    Düzgün dozalanma aparıldıqda praktiki olaraq əlavə təsirlər müşahidə olunmur. Nadir hallarda dispeptik əlamətlər. 

    ƏKS GÖSTƏRİŞLƏRİ

    Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 8 yaşa qədər uşaqlar.

    İSTİFADƏ QAYDASI

    Gün ərzində  bir tablet, səhər yeməyi vaxtı  bol maye ilə qəbul edilir. 

    BURAXILIŞ FORMASI

    Novasan 30 tablet.

     MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ 

    “NOVATOR PHARMA”   Böyük  Britaniya 

    İSTEHSAL EDİLİR

    “PRIMEA SIA”  Böyük Britaniya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.

    Novasan nə üçündür?

    1. Vitamin və mineral çatışmamazlığı
    2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
    3. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

    Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


    Bu yazını dostlarınla paylaş

    saytların hazırlanması Pin up casino giriş

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow