Novarest nə üçündür? qiyməti neçiyədir?
Novarest nə üçündür? Xroniki yorğunluq sindromu və asteniya zamanı, həmçinin novarest sinir oyanıqlığında, yuxu pozğunluğu zamanı istifadə olunan dərman preparatıdır.

Novarest preparatı, mərkəzi sinir sisteminə yüngül sakitləşdirici təsir göstərən, narahatlıq və əsəbilik hissini azaldan, yuxu pozuntularını aradan qaldıran və ümumi psixoloji vəziyyəti yaxşılaşdıran təbii bitki ekstraktları əsasında hazırlanmış bir vasitədir. Bu preparat, yüksək sinir oyanıqlığı, yuxusuzluq, əsəbilik və digər oxşar hallar zamanı istifadə edilərək, fiziki və zehni gərginliklərdən qaynaqlanan problemləri aradan qaldırmağa kömək edir. Hamiləlik dövründə yalnız həkim məsləhəti ilə istifadə edilməsi tövsiyə olunan bu preparatın istifadəsi zamanı alkoqoldan çəkinmək məsləhət görülür.
Novarest qiyməti
Novarest qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Novarest qiyməti 21 azn - 24 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Novarest tablet qiyməti -ni öyrənərək əldə edəsiniz.
Buraxılış forması
Həblər
Novarest tərkibi
- Passiflora 150 mq
- Boyarışnik 150 mq
- Melissa 100 mq
- Piridoksin hidroxlorid 3 mq
Farmakoloji təsiri
Passiflora ekstraktı alkaloidlər və flavonoidlər - vitexin ehtiva edir, mərkəzi sinir sisteminə yüngül sakitləşdirici təsir göstərir, yuxunun bərpasına kömək edir, narahatlıq və əsəbilik hissini azaldır, hamar əzələlərə spazmolitik təsir göstərir, ürəyin fəaliyyətini yaxşılaşdırır və sedativ təsirə malikdir.
Boyarışnik ekstraktı flavonoidlər, xolin, asetilxolin, dabba maddələri, fitosterinlər və s. ehtiva edir. Triterpen birləşmələri və flavonoidlərin mövcudluğu sayəsində ürəyin və beynin damarlarını seçici şəkildə genişləndirərək spazmolitik, hipotenziya təsiri göstərir; venoz təzyiqi normallaşdırmağa kömək edir və damar divarlarının funksiyalarını yaxşılaşdırır. Yüngül sedativ təsirə malikdir.
Melissa ekstraktı əsas komponentləri citronella, geraniol, sitral, sitranelol, linalool, fenilpropanoyidlər, xlorogen və kofeik turşuları olan efir yağları ehtiva edir. Bu, anksiolitik, antidepresan, spazmolitik, immunomodulyator, antiviral, antiallergik və antimikrob təsirlərə malik sedativ vasitədir. Melissa preparatlarının geniş terapevtik təsir spektri, göstərilən müxtəlif bioloji aktiv maddələrin tərkibi ilə əlaqələndirilir: ifadəli sedativ təsir - citronellal, spazmolitik xüsusiyyətlər - geraniol və sitranelol; fenilpropanoyidlər (rozmarin, kofeik, xlorogen və digər hidroksikinamik turşular) isə antiviral, immunomodulyator, antihistamin, antioksidant və antimikrob xüsusiyyətləri üçün məsuliyyət daşıyır. Bitki hamiləlik dövründə qusma əleyhinə, diuretik və iştah açıcı vasitə kimi tövsiyə olunur.
Göstərişlər
- Artan sinir oyanıqlığı, sinir gərginliyi
- Əsəbilik, narahatlıq və tükənmişlik hissi
- Hiper-ventilasiya ilə müşayiət olunan funksional narahatlıq tutmaları
- Artan yorğunluq, fiziki və zehni yüklənmə halları, astenik vəziyyət
- Ürək döyüntülərinin artması
- Yuxu pozuntuları, yuxusuzluq, depressiv hallar
- Əzələ ağrıları və spazmları, mədə-bağırsaq spazmları
Novarest əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; uşaqlıq yaşı.
Hamiləlik və laktasiya dövründə istifadə
Hamiləlik dövründə həkim məsləhəti olmadan istifadə məsləhət görülmür. Həkim, hamilə qadında sedativ vasitəyə ehtiyac olduğunu müəyyən edərsə, Novarest təyin edə bilər.
Novarest istifadə qaydası və dozalar
Serbest istifadədə, qablaşdırmada göstərilən normaya əməl etmək lazımdır. Əgər preparat həkim tərəfindən təyin edilirsə, dozalarda dəyişikliklər ola bilər. Artan sinir oyanıqlığı, sinir gərginliyi, əsəbilik, narahatlıq və tükənmişlik hissi zamanı adətən gündə 2-3 dəfə 1 həb təyin olunur. Maksimal günlük doza - 3 həbdir. Yuxu pozuntuları və yuxusuzluq zamanı preparatın dozası yatmadan yarım saat əvvəl 2 həb təşkil edir. Novarest daxilə qəbul edilir, kifayət qədər su ilə yuyulur.
Əks təsirləri
Novarest preparatı adətən yaxşı tolere edilir. Nadirdir: allergik reaksiyalar, zəiflik.
Doza həddinin aşılması
Simptomlar: başgicəllənmə, qarında spazmatik ağrılar, döş qəfəsində sıxılma, göz bəbəklərinin genişlənməsi, ürəkbulanma, qusma. Müalicə: mədə yuyulması mümkündür, lazım olduqda simptomatik terapiya.
Digər preparatlarla qarşılıqlı təsiri
Novarest ürək qlikozidlərinin, trankvilizatorların, mərkəzi sinir sisteminə təsir edən maddələrin, eləcə də alkoqolun təsirini gücləndirir.
Xüsusi göstərişlər
Novarest preparatının istifadəsi müddəti məhdudlaşdırılmamışdır. Preparatın dayandırılması zamanı abstinensiya sindromu inkişaf etmir. Preparatın istifadəsi zamanı alkoqol qəbulundan çəkinmək tövsiyə olunur.
İstehsalçı ölkə
İtaliya
Novarest nə üçündür?
- Spazmolitiklər
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Neyrosirkulyator distoniya (NSD)
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






