Norkolut istifadə qaydası

Norkolut dərmanı haqqında məlumat. Norkolut istifadə qaydası necədir? kimi sullara bu yazımızda cavab tapa bilərsiniz

Jan 15, 2025 - 11:25
Jan 15, 2025 - 11:33
 0
Norkolut istifadə qaydası
Norkolut istifadə qaydası

Norkolut dərmanı qadın sağlamlığında müxtəlif problemlərin həllində geniş istifadə olunan hormonal preparatdır. Onun təsir mexanizmi və istifadə qaydaları barədə düzgün məlumat əldə etmək, dərmandan effektiv və təhlükəsiz istifadəni təmin etmək üçün əhəmiyyətlidir. Aşağıda, Norkolut’un farmakoloji xüsusiyyətləri, istifadə göstərişləri və digər vacib detalları təqdim olunur.

YAZININ İÇİNDƏKİLƏR
  • İstifadə göstərişləri
  • Dozası və qəbul qaydası
  • Əks göstərişlər
  • Yan təsirlər
  • Hamiləlik və laktasiya dövründə istifadəsi
  • Xüsusi göstərişlər
  • Digər dərmanlarla qarşılıqlı təsir
  • Hamısına bax

    Norkolut istifadə qaydası

    Norkolut, hormon tənzimləyici xüsusiyyətə malik bir dərmandır və əsasən menstruasiya pozğunluqları, endometrioz, dövri qanaxmalar və digər hormonal problemlərin müalicəsində istifadə edilir. Dərman həkimin tövsiyəsinə əsasən istifadə edilməli və müalicə müddəti həkim nəzarətində olmalıdır.

    • Dozaj: Norkolut adətən gündə 1 tabletdən qəbul edilir. Doza və müalicə müddəti həkim tərəfindən fərdi olaraq müəyyən edilir.
    • Qəbul vaxtı: Qida ilə və ya qidadan asılı olmayaraq qəbul edilə bilər. Lakin, eyni saatlarda qəbul etmək tövsiyə olunur.
    • Yan təsirləri: Dərman istifadə edildikdə baş ağrısı, ürəkbulanma, təzyiqdə dəyişiklik və halsızlıq kimi yan təsirlər baş verə bilər. Bu hallarda dərhal həkimə müraciət etmək lazımdır.
    • Əks göstərişlər: Dərmanın istifadəsi bəzi hallarda kontrendikativ ola bilər, məsələn, ağır qaraciyər xəstəlikləri, tromboflebit və ya ağır hormonal pozğunluqlar zamanı.

    Norkolut istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək və onun göstərişlərinə riayət etmək mütləqdir.

    Farmakoloji təsiri

    Norkolut’un tərkibində olan norethisteron progestagen təsirli maddədir. Bu maddə endometriumu proliferativ fazadan sekretor fazaya keçirir. Norethisteron hipofizdə gonadotrop hormon ifrazını əngəlləyərək follikulların yetişməsini və ovulyasiyanı dayandırır.

    Farmakokinetikası

    udulma

    Norkolut həzm sistemindən yaxşı udulur. Qaraciyərdə və bağırsaq divarında ilk keçid metobolizmi nəticəsində onun bioçatımlılığı 50-77% təşkil edir.

    paylanma

    Dərmanın qəbulundan 0,5-4 saat sonra norethisteron’un qan plazmasında maksimal konsentrasiyasına nail olunur. Çoxsaylı dozalarda istifadə edildikdə norethisteron’un plazmadakı konsentrasiyası artır.

    metabolizm

    Norethisteron qaraciyərdə 5-alfa-dihidronorethisteron və tetrahidronorethisteron kimi ésas metabolitlərə ayrılır.

    xaric edilmə

    dərman iki fazada orqanizmdən xaric edilir. Birinci faza 2,5 saat, ikinci faza isə 8 saat davam edir. Qaraciyərdə yaradan metabolitlərin 80%-i böyrəklər vasitəsilə xaric edilir.

    İstifadə göstərişləri

    Norkolut’un istifadə edildiyi əsas hallara aşağıdakılar daxildir:

    • premenstrual sindrom;

    • mastodiniya;

    • menstruasiya tsiklinin pozulmaları;

    • disfunksional uterin qanaxmalar;

    • endometriyanın üzüküstün hiperplaziyası;

    • endometrioz;

    • adenomioz.

    Dozası və qəbul qaydası

    Dərman az miqdarda su ilə daxili qəbul edilir. Müvafiq diaqnozlara görə doza və müddət təyin olunur:

    • premenstrual sindrom, mastodiniya: 5-10 mq/gün (1-2 həbi) menstruasiya tsiklinin 16-25-ci günləri aralığında;

    • endometrioz: 5 mq/gün (1 həb) menstruasiya tsiklinin 5-25-ci günləri aralığında 6 ay müdətində.

    Əks göstərişlər

    Norkolut aşağıdakı hallarda istifadə olunmamalıdır:

    • norethisterona və ya tərkibindəki köməkçi maddələrə qarşı həssaslıq;

    • hormon asılı süd vəzisi və ya cinsiyyət orqanları xərçəngi;

    • venoz tromboemboliyaları;

    • qaraciyər funksiyasının ciddi pozulmaları.

    Yan təsirlər

    Dərmandan istifadənin ilk aylarında bəzi yan təsirlər ortaya çıxa bilər:

    • menstruasiya düzensizlikləri;

    • şişkinlik;

    • baş ağrısı, miqren;

    • depresif əhval;

    • arterial təzyiqin artması;

    • mədə bulanması, öyümə.

    Hamiləlik və laktasiya dövründə istifadəsi

    Norkolut hamiləlik vaxtı istifadə olunmamalıdır. Laktasiya dövründə dərman ana südünün keyfiyyətini və miqdarını azalda bilər.

    Xüsusi göstərişlər

    Dərmana başlamadan öncə ginekoloji və onkoloji yoxlama aparılmalıdır. Dərman istifadəsi tromboembolik halları artırırsa, mütaləq dayandırılmalı və həkimə müraciət olunmalıdır.

    Digər dərmanlarla qarşılıqlı təsir

    Norkolut’un tərkibindəki norethisteron bəzi dərmanlarla birgə istifadə edildikdə effektivliyini azalda bilər. Müsbət və ya mənfi təsirlər dərmanı əvəz edən maddələrdən asılı ola bilər.


    Bu yazını dostlarınla paylaş

    saytların hazırlanması Pin up casino giriş

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow