Nar şirəsinin faydaları

Nar şirəsinin faydaları: A, C, K, B vitaminləri

May 27, 2024 - 23:41
May 27, 2024 - 23:42
 0
Nar şirəsinin faydaları

Nar şirəsi salat və souslarda tez-tez istifadə edilir. Onun orqanizmə çox böyük faydaları var.

Yüksək təzyiqi endirən nar şirəsi ürək üçün də faydalıdır. Mütəxəssislər xüsusən də məşqlərdən əvvəl ürəyin nizamlı işləməsi üçün bu suyu içməyi tövsiyə edir. İnfeksiyaları sağaltmaqda və orqanizmi infeksiyalara qarşı müqavimətli etməkdə də təsirli olan nar şərbəti insana enerji verərək xroniki yorğunluğu da aradan qaldırır.

Sidikqovucu təsiri sayəsində orqanizmdən toksinləri təmizləyir. İmmunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərə qarşı davamlı edir.

Xolesterol və qan şəkərini balanslaşdırır. Bağırsaq parazitlərinin təbii müalicəsi olan nar siropu orqanizmdə faydalı bakteriyaların çoxalmasını təmin edir. İshalın qarşısını alır.

Nar şirəsi daimi istifadə edildikdə dəridəki ləkələri yox edir və sızanaq problemini həll etməyə kömək edir.

Nar siropu kalium, kalsium və dəmir mineralları, A, C, K, B vitaminləri və fol turşusu vitaminləri ilə son dərəcə zəngindir. Tərkibində yüksək polifenol olan nar siropu ən çox antioksidant tərkibli meyvələr arasında yer alır. 

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow