Metrogil denta maz (gel)

Metrogil denta maz (gel) haqqında maraqlı məlumatlar. istifadə qaydası, dozası, qiyməti və s.

Jul 16, 2024 - 10:18
 0
Metrogil denta maz (gel)
Metrogil denta maz (gel)

Tərkibi

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

1 q gelin tərkibində: Aktiv maddələr:

  • Metronidazol benzoat .......... 16,0 mq (Metronidazol ekvivalenti .......... 10,0 mq)
  • Xlorheksidin diqlukonat 20% məhlul .......... 2,5 mq (Xlorheksidin diqlukonat ekvivalenti .......... 0,5 mq)

Yardımçı maddələr: propilenqlikol, karbomer-940, dinatrium edetat, natrium sakarinat, levomentol, natrium hidroksid, su.

Təsviri

Ağ və ya demək olar ki, ağ rəngli opalesan yumşaq gel.

Farmakoterapevtik qrupu

Antimikrob vasitə

ATC Kodu [A01AB11]

Farmakoloji xüsusiyyətləri

Preparatın təsiri tərkibindəki iki antibakterial komponentin mövcudluğu ilə bağlıdır:

a) Metronidazol anaerob bakteriyalara qarşı antibakterial təsirə malikdir və paradont xəstəliklərinə səbəb olan bakteriyaları aradan qaldırır: Porphyromonas gingivalis, Prevotella intermedia, Fusobacterium fusiformis, Wolinella recta, Eikenella corrodens, Borrelia vincenti, Bacteroides melaninogenicus, Selenomonas spp.

b) Xlorheksidin – antiseptik və antimikrob vasitədir, həm qrammüsbət, həm də qrammənfi aerob və anaerob bakteriyalara qarşı təsirlidir (Treponema spp., Neisseria gonorrhoeae, Trichomonas spp., Chlamydia spp., Ureaplasma spp., Bacteroides fragilis). Preparata zəif həssaslıq göstərən bəzi Pseudomonas spp., Proteus spp. növləri, habelə turşuya davamlı bakteriyalar və bakteriya sporlarıdır. Laktobasillərin funksional aktivliyini pozmur. Lokal tətbiq zamanı Metrogil Denta® gel demək olar ki, sorulmur.

İstifadə göstərişləri

Ağız boşluğunun və diş ətinin infeksion-iltihabi xəstəlikləri:

  • Kəskin və xroniki diş əti iltihabı;
  • Vincentin kəskin ülserativ nekrotik diş əti iltihabı;
  • Kəskin və xroniki paradontit;
  • Gənc paradontit;
  • Gingivitlə mürəkkəbləşmiş paradontoz;
  • Aftoz stomatit;
  • Heylit;
  • Protez geyərkən ağız boşluğunun selikli qişasının iltihabı;
  • Postekstraksion alveolit (diş çıxarıldıqdan sonra deşikin iltihabı);
  • Periodontit, periodont absesi (kombinə edilmiş müalicə tərkibində).

Kontraindikasiya

Metronidazol, xlorheksidin və ya nitroimidazol törəmələrinə fərdi həssaslıq. Preparatın hər hansı komponentinə qarşı həssaslıq. 6 yaşdan kiçik uşaqlar.

Hamiləlik və laktasiya dövründə tətbiqi

Hamiləliyin I trimestrində hamilə qadınlara preparat təyin etmək tövsiyə edilmir. Laktasiya dövründə preparat təyin edildikdə, əmizdirmənin dayandırılması məsələsi həll olunmalıdır.

Tətbiq qaydası və dozası

Lokal, yalnız stomatoloji tətbiq üçün.

Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün diş əti iltihabı (gingivit) zamanı Metrogil Denta® diş ətlərinə nazik bir təbəqə ilə barmaqla və ya pambıq çubuqla tətbiq olunur, gündə 2 dəfə. Gel tətbiq edildikdən sonra 30 dəqiqə ərzində su içmək və yemək tövsiyə edilmir. Geli yumaq tövsiyə edilmir. Müalicə kursunun müddəti orta hesabla 7-10 gündür.

Paradontit zamanı diş daşları çıxarıldıqdan sonra parodontal ciblər Metrogil Denta® gel ilə işlənir və gel diş ətlərinin sahəsinə tətbiq olunur. Ekspozisiya müddəti – 30 dəq. Prosedurların sayı xəstəliyin ağırlığından asılıdır. Daha sonra gelin tətbiqini xəstə müstəqil olaraq həyata keçirə bilər: Metrogil Denta® diş ətlərinə gündə 2 dəfə, 7-10 gün ərzində tətbiq olunur.

Aftoz stomatit zamanı Metrogil Denta® ağız boşluğunun selikli qişasının zədələnmiş sahəsinə gündə 2 dəfə, 7-10 gün ərzində tətbiq olunur.

Xroniki gingivit və paradontitin kəskinləşmələrinin qarşısını almaq üçün Metrogil Denta® geli diş ətlərinə gündə 2 dəfə, 7-10 gün ərzində tətbiq olunur. Profilaktik müalicə kursları ildə 2-3 dəfə aparılır.

Postekstraksion alveolitin qarşısını almaq üçün diş çıxarıldıqdan sonra deşik Metrogil Denta® gel ilə işlənir, daha sonra gel gündə 2-3 dəfə, 7-10 gün ərzində tətbiq olunur.

Əks təsirlər

Metrogil Denta® gelin lokal tətbiqi zamanı allergik reaksiyalar (dəri səpkisi, qaşınma, ürtiker) və baş ağrısı müşahidə oluna bilər.

Doza aşımı

Gel təsadüfən və ya qəsdən böyük miqdarda udulduqda, əsasən metronidazol səbəbiylə yan təsirlər güclənə bilər (xlorheksidin demək olar ki, mədə-bağırsaq traktından sorulmur). Bu halda: ürəkbulanma, qusma, başgicəllənmə, daha ağır hallarda – paresteziya və qıcolmalar müşahidə oluna bilər. Müalicə: mədənin yuyulması, zərurət olduqda simptomatik terapiya.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tövsiyə edilən dozada lokal tətbiq zamanı Metrogil Denta® gelin digər dərman vasitələri ilə sistemli qarşılıqlı təsiri aşkar edilməmişdir.

Xüsusi göstərişlər

Metrogil Denta® gelinin tətbiqi dişlərin gigiyenik təmizliyini əvəz etmir, buna görə də preparatla müalicə kursu zamanı dişlərin təmizlənməsi davam etdirilməlidir.

Buraxılış forması

Stomatoloji gel

  • 5 g, 10 g və ya 20 g plastik laminatlı boru, ağzı polietilenlə laminatlaşdırılmış alüminium folqa ilə möhürlənmiş və polipropilendən hazırlanmış qapaq ilə. Bir boru karton qutu içərisində istifadəyə dair təlimatla birlikdə.
  • 5 g, 10 g və ya 20 g plastik laminatlı boru, ağzı alüminium folqa ilə laminatlaşdırılmış və polipropilendən hazırlanmış perforasiya üçün çıxıntı ilə qapaq ilə. Bir boru karton qutu içərisində istifadəyə dair təlimatla birlikdə.
  • 5 g, 10 g və ya 20 g alüminium boru, ağzı alüminium membran ilə möhürlənmiş və perforasiya üçün çıxıntı ilə polietilendən hazırlanmış qapaq ilə. Bir boru karton qutu içərisində istifadəyə dair təlimatla birlikdə.

Saxlama şəraiti

Siyahı B.

25 °C-dən yüksək olmayan temperaturda saxlayın. Uşaqların əli çatmayan yerlərdə saxlayın.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.

Apteklərdən buraxılış şərti

Reçiptsiz.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow