Metforiks 1000 mq nə üçündür? istifadə qaydası necədir?

Metforiks (MetforiX) 1000 mq - Piylənmədə, diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Sep 25, 2024 - 09:42
Sep 25, 2024 - 09:40
 0
Metforiks 1000 mq nə üçündür? istifadə qaydası necədir?
Metforiks 1000 mq

Metforiks 1000 mq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Metforiks 1000 mq qiyməti 

Metforiks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Metforiks 1000 mq qiyməti 10 azn - 12 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Metforix qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Hər bir örtüklü tabletin tərkibində 780mq metforminə ekvivalent miqdarda

1000mq metformin hidroxlorid vardır.

Farmakoterapevtik qrupu:

Biquanid qrupu peroral hipoqlikemik dərman vasitəsi.

 

Farmakoloji xüsusiyyətləri:

Metformin biquanid qrupundan antihiperqlikemik vasitə olub, 2-ci tip şəkərli diabet zamanı bazal və qida qəbulundan sonra plazmada qlükozanın səviyyəsini azaldaraq qlükozaya qarşı tolerantlığı yaxşılaşdırır. Təsir mexanizmi digər peroral hipoqlikemik preparatlardan fərqlidir.

İstifadəsinə göstərişlər:

  • 2-ci tip şəkərli diabetin müalicəsi; xüsusilə pəhriz və fiziki məşqlərin köməyilə qanda şəkərin səviyyəsinin aşağı salınması mümkün olmayan artıq bədən kütləsinə malik xəstələrdə.
  • Böyüklərdə, monoterapiya şəklində və ya şəkər xəstəliyinin kompleks müalicəsində digər dərman vasitələri ilə birlikdə,
  • 10 yaş və yuxarı uşaqlarda və yeniyetmələrdə, Metforix monoterapiya şəklində və ya insulinlə kombinəedilmiş şəkildə,
  • Orqanizmdə qlükozanın normal səviyyəsinin saxlamnılması mümkün olmadıqda, ən azı bir risk faktoru olan prediyabetik şəxslərdə 2-ci tip şəkərli diabetin müalicəsi zamanı istifadə olunur.

 

Əks göstərişləri

  • Təsir edici madəyə və ya inqrediyentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq (alletgiya)
  • Böyrək və qaraciyər çatışmazlığı və böyrəklərin funksional pozğunluğu olan xəstələr (zərdab kreatinin səviyyəsi kişilərdə >1,5 mq/dl və qadınlarda >1,4 mq/dl).
  • Hiperglisemiya, ürəkbulanma, qusma, dehidratasiya, sürrətli çəki azalması və ya ketoasidoz zamanı nəzarəti mümkün olmayan şəkər xəstəliyi zamanı,
  • Mədə ağrısı, tez-tez və dərin tənəffüs, yuxululuq əlamətləri ilə müşahidə olunan Ketoasidoz (qanda toplanaraq diabetik komaya səbəb ola biləcək “keton cisimcikləri”)

 

 

İstifadə qavdası və dozası

  • Həkiminiz fərqli şəkildə qəbul qaydası və doza təyin etmədikdə, başlanğıc doza kimi gündə 2-3 dəfə qida ilə və ya qida qəbulundan sonra tərkibində 500 mq və ya 850 mq 1 örtüklü tablet qəbul olunur. Maksimal doza üç qəbula bölünmüş 3000 mq/gün təşkil edir.
  • Diabetin müalicəsi üçün standart başlanğıc doza qida ilə və ya qida qəbulunan sonra gündə 2 dəfə 2 qəbula bölünmüş  1000, 1700 mq təşkil edir. 

Müaicə ərzində qanda şəkərin miqdarı təyin olunaraq həkiminiz tərəfindən nəticələrə uyğn doza təyin ediləcəkdir. Müalicə dövründə ən az ildə 1 dəfə böyrəkləin funksiyası yoxlanılmalıdır.

 

Buraxılış forması:

Alüminium folqalı blisterdə 10 örtüklü tablet, 10 blister (100 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı:

Vefa İlaç San. ve Tic. Ltd. Şti. Beylikdüzü/ İstanbul, Türkiyə

Metforiks 1000 mq nə üçündür? 

  1. Piylənmədə istifadə olunan dərmanlar
  2. Diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow