Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO

Jun 22, 2025 - 09:51
 0
Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO
Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO

Avropa Birliyinin Qida və Yemlər üçün Sürətli Xəbərdarlıq Sistemi (RASFF) çərçivəsində yayımlanan son məlumatda məşhur "Carrefour" markasının çamaşır suyunda təhlükəli kimyəvi tərkibin aşkarlandığı bildirilib. 

Doktorm.az bildirir ki, "Carrefoursa Carrefour" şirkəti tərəfindən satışa çıxarılan məhsulun insan sağlamlığı üçün təhlükə yaratdığı təsdiqlənib.

Rəsmi açıqlamaya görə, problemli məhsulun qablaşdırmasında dokunsal xəbərdarlıq işarəsi və təhlükəsiz qapanma mexanizmi mövcud deyil. Bu isə cilt yanıqları və göz zədələnməsi kimi ciddi tibbi fəsadlara səbəb ola bilər. Bu səbəblə məhsul istifadə üçün təhlükəli hesab edilib və tələblərə uyğun olmadığı bəyan edilib.

Ticarət Nazirliyi məhsulun satışdan çıxarılması və bazardan toplanması barədə rəsmi qərar verib. İstehlakçılardan bu məhsulu istifadə etməmələri və əldə etdikləri təqdirdə müvafiq satış nöqtələrinə geri qaytarmaları istənilib./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow