Meqafer forte nə üçündür? istifadə qaydası necədir?
Meqafer forte vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı istifadə olunan preparatdır.

Meqafer forte haqqında məlumat
- Meqafer forte qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Apteklərdə buraxılma şərti
- İstehsalçı/Ünvan
- Meqafer forte nə üçündür?
Meqafer forte qiyməti
Meqafer qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Meqafer forte qiyməti 8 azn - 10 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Megafer qiyməti -ni öyrənərək əldə edəsiniz.
MEQAFER FORTE örtüklü tablet
MEGAFER FORTE
Beynəlxalq patentləşdirilməmiş adı: Ferreus (1) hydroxide polymaltose complex + Folic acid.
Tərkibi
Təsiredici maddə: 1 tabletdə 100 mq elementar dəmirə ekvivalent olan dəmir (1) hidroksid- polimaltoz kompleksi ve 0,35 mq fol turşusu vardır.
Köməkçi maddələr: krospovidon, polietilenglikol 6000, polivinilpirrolidon K30, maqnezium-stearat, mikrokristallik sellüloza.
Örtük: opadray II 85F26721-polivinil spirti, PEG 3350, titan dioksid(E171), talk, qırmızı dəmir oksidi (E172), san dəmir oksidi (E172), ponceau 4R boyası (E124).
Təsviri
Dairəvi, hər iki tərəfdən qabarıq, qırmızımtıl-qəhvəyi örtüyə malik tabletlərdir.
Farmakoterapevtik qrupu
Antianemik preparat / fol turşusu ilə kombinasiyada olan dəmir (III) hidroksid polimaltoza kompleksi.
ATC kodu: B03AD04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Dəmir orqanizmin normal həyat fəaliyyəti üçün vacib mikroelementdir: eritrositlərin tərkibində hemoqlobinin, mioqlobinin və bir cox fermentlerin tərkibinə daxil olub, toxuma tənəffüsündə və qanyaranmada iştirak edir, immuniteti tenzimləyir. Meqafer forte preparatı qeyri-ion birleşmesi olan Üçvalentli dəmir hidroksid polimaltoza kompleksi olub, 100 mq elementar dəmirə və 0,35 mq fol turşusuna malikdir. Bu cür kombinasiya maksimal olaraq qan zərdabında dəmirin təbii birləşməsi olan ferritine uyğundur ve dəmir çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur.
Meqafer forte-nin peroral qəbul zamanı dəmir tez bir vaxtda, lazımi miqdarda sorularaq hemoqlobinin ve mioqlobinin sintezine sərf olunur və ya dəmir depolarına daşınır, bununla da dəmir çatışmazlığı ilə əlaqadar klinik ve laborator simptomlann reqressiyası baş verir. Meqafer forte ionlaşan dəmir duzlarının preparatlarından fərqli olaraq ağızda metal dadi, diş emalının,damağın qaralmasını törətmir. Fol turşusu B qrup vitamin olub, orqanizmdə aktiv formaya - tetrahidrofolata çevrilir, hansı ki, koferment şəklində aminturşu, nuklein turşularnin sintezi kimi əksər metabollik proseslərdə, eritrositlerin, sinir toxuması komponentlərinin emele gelmesinde iştirak edir.
Farmakokinetikası
Dəmir hidroksid polimaltoz kompleksi adi fizioli şəraitdə (pH 4,4 - 11,0) stabildir. Dəmirin sorulması 12- barmaq və nazik bağırsaqda aktiv nəqlolunma yolu ilə qastrointestinal mayedə və MBT də selikli qişanın epitelinde demir birləşdirici zülalların köməyi ilə baş verir, ona görə də preparat dozadan artıq sorulma intoksikasiya vermir. Absorbsiyanın dərəcəsi dəmir çatışmazlığından asılıdır (çatışmazlıq nə qədər çox olarsa, sorulma bir o qədər yaxşı olur).
Kompleksin qeyri-ion quruluşu dəmirin transferrinin tərkibində nəqlinə şərait yaradır, bu isə dəmir ionlarının sərbəst diffuziyasının, prooksidant xüsusiyyətlərinin qarşısını alır. Dəmir sümük iliyində hemoqlobin sintezinə sərf olunur. Bəzi miqdan isə ferritin, hemosiderin, mioqlobinin tərkibində depolaşır, transferrinlə birləşmiş şəkildə, enzim və plazmada yerləşir. Depolaşmış demir orqanizmdə ehtiyac olduqca istifade olunur. Hemoqlobin molekulunun parçalanması zamanı demirin cox hissəsi yeniden istifadə olunur
(reutilizasiya), yalnız bir hissəsi orqanizmdən xaric olur. Bu cür toplanma və xaric olma mexanizmi, tekrari hemotransfuziyalar və əlavə olaraq dəmirin orqanizmə daxil olması orqanizimde onun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Daxilə qəbul zamanı fol turşusu onikibarmaq və nazik bağırsaqdan müaliceví dozada (0,35 mq) cox böyük dəyişikliyə uğramadan enterohepatik qan dövranına qoşulur. Sonra plazmada və qaraciyərdə metabolizme uğrayaraq 5-metiltetrahidrofolata çevrilir. Metabolitlər və artıq miqdarda deyişilməmiş forması böyrəklər vasitəsilə xaric olur. Fol turşusu ana südünə keçir.
İstifadə göstərişlər
Latent gedişli dəmir çatışmazlığı, dəmir çatışmazlığı anemiyası.
Hamiləlik dövründə dəmir çatışmazlığının profilaktikası.
Əks göstərişlər
Orqanizmdə demirin artıqlığı
(hemoxromatoz,xroniki hemoliz)
Preparatın yüksək həssaslıq komponentlərinə qarşı Dəmirin utilizasiyası mexanizimlerinin pozulması (qurğuşun anemiyası, sideroaxrestik anemiya) ve talassemiya
Dəmir çatışmazlığı ilə elaqedar olmayan anemiyalar (hemolitik, meqaloblastik və B12 vitamin çatışmazlığı nəticəsində yaranan anemiya), təkrar qan transfuziyası, dəmir preparatlarının parenteral yeridilməsi
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mədə və ya bağırsaq xorası olan xəstələrə təyin olunarken ehtiyatlı olmaq lazımdır.
Daxilə qəbul zamanı nəcisin tünd rəngə boyanması baş verir ki, bu da heç bir klinik əhəmiyyət daşımır və nəcisdə gizli qanaxmanın aşkarlanmasına dəlalət etmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Meqafer forte tərkibindəki üçvalentli dəmir hidroksid-polimaltoza kompleksi heç bir preparat ve qida məhsulları ilə qarşılıqlı təsirə girmir. Dəmirin parenteral təyini zamanı enteral yolla dəmir (III) hidroksid - polimaltoza kompleksi qəbul etmək məqsədəuyğun deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadədən əvvəl həkiminizlə məsləhətləşin. Həkiminiz məsləhət görərsə, hamiləlik zamanı dəmir çatışmazlığını bərpa etmək üçün siz Meqafer forte preparatını istifadə edə bilərsiz. Dölə təsirinə görə FDA-nın A kateqoriyasına aiddir. Fol turşusu teratogen faktorlara qarşı qoruyucu funksiya daşıyır. Ana südünün tərkibində dəmir var. Dəmir klinik olaraq az miqdarda (gündə 0,5 mq) ana südünə keçir. Uşağa zərər vermir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Meqafer forte preparatı yemək zamanı və ya yeməkdən sonra qəbul olunur.
Anemiyanın dərəcəsindən asılı olaraq 1 tabletdən gündə 1-3 dəfə istifadə etmək olar. Müalice müddəti dəmir
çatışmazlığının dərəcəsindən asılıdır, həkim tərəfindən müəyyən olunur.
Dəmir çatışmazlığının simptomlarının laborator və klinik göstəricilərinin normallaşdıqdan sonra preparatın qəbulu ay ərzində orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam etdirilməlidir.
Əlavə təsirləri
Meqafer forte adətən yaxşı mənimsənilir, əlavə təsirləri keçici xarakterlidir. Az hallarda başağrı, ürəkbulanma, qusma, meteorizm, epiqastral ağrı, stulun dəyişməsi və allergik reaksiyalar rast gəlinir. Nəcisin rəngi tündləşə bilər.
Doza həddinin aşılması
Dozadan artıq sorulma nadir hallarda mümkündür, çünki dəmir (III) hidroksid polimaltoza kompleksi passiv diffuziya yolu ilə sorulur.
Dəmirlə zəhərlənmə baş verərsə, desferrioksamin təyin olunur. Desferrioksamin (xelat agent) teratogen xüsusiyyətlərə malikdir.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister (30 örtüklü tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C dən yüksək olmayan tempraturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Apteklərdə buraxılma şərti
Resept esasında buraxılır.
İstehsalçı/Ünvan
Santa farma İlaç Sanayii A.Ş.
Gebkim 41455 Dilovası-Kocaeli /Türkiyə.
Meqafer forte nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Anemiya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






