Məktəb binasından yıxılan şagirdin son vəziyyəti AÇIQLANDI

Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin binasından yıxılan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) durumu açıqlanıb.
Doktorm.az xəbər verir ki, TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 08.10.2024-cü il, saat 18:17-də Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəbindən şagirdin yıxılması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onurğanın bel-oma nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən şəxs Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
O, 10.10.2024-cü ildə ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir və əməliyyatı planlaşdırılır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






