2 yaşlı uşağın ölümündə günahlandırılan sınıqçı ilə bağlı QƏRAR VERİLDİ

Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda sentyabrın 7-də araşdırma aparılıb.
Doktorm.az Bizim.Media -ya istinadən xəbər verir ki, araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Biləsuvar rayon məhkəməsinin bu gün verdiyi qərara əsasən isə cinayətdə günahlandırılan sınıqçı Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı elan edilib.
Xatırladaq ki, bir müddət əvvəl Biləsuvarda yaşayan Qubadovlar ailəsi Nəzrinin ayağında yaranan problemlə bağlı 60 yaşlı kənd sınıqçı-massajçı Nərgiz İmanovaya müraciət etmiş və prossedur zamanı uşaq həyatın itirmişdi.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






