LİVAROL
LİVAROL Kəskin və xroniki residivləşən vaginal kandidozun müalicəsi zamani istifadə olunur

LİVAROL - Ketokonazol, imidazoldioksolan törəməsi olub, yerli istifadə üçün geniş spektr təsirinə malik sintetik göbələkəleyhinə vasitədir.
- LİVAROL Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- LİVAROL Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- LİVAROL Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- LİVAROL İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Əlavə təsirləri
- Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- LİVAROL Qiyməti
- İstehsalçı
LİVAROL Eyniləşdirmə və təsnifat
Dərman forması
Vaginal suppozitoriyalar
Buraxılış forması
Vaginal suppozitoriyalar 400 mq.
5 suppozitoriya polivinilxlorid örtüklü, polietilenlə laminatlaşdırılmış konturlu-yuvalı qablaşdırmada. 1 və ya 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
LİVAROL Tərkibi
Təsiredici maddə: 1 vaginal suppozitoriyanın tərkibində 400 mq ketokonazol vardır.
Köməkçi maddələr: butilhidroksianizol, makroqol qarışığı (makroqol 1500, makroqol 400).
Təsviri
Ağ, ağımtıl sarımtıl və ya bozumtul rəngli və ya kreməoxşar çalarlı, torpedoyabənzər suppozitoriyalardır. Səthinin mərmərəbənzər olması və kəsiyində hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Göbələkəleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Ketokonazol, imidazoldioksolan törəməsi olub, yerli istifadə üçün geniş spektr təsirinə malik sintetik göbələkəleyhinə vasitədir. Dermatofitlərə (Trichophyton spp., Epidermophyton floccosum, Microsporum spp.), maya göbələklərinə və maya göbələklərinə bənzər (Candida spp., Pityrosporum spp., Torulopsis, Cryptococcus spp., dimorf göbələklər və eumisitlər) qarşı funqisid və funqistatik təsir göstərir. Preparat stafilokokklara və streptokokklara qarşı aktivdir.
Təsir mexanizmi erqosterolun biosintezini zəiflətməkdən və göbələklərin membranalarının lipid tərkibini dəyişdirməkdən ibarətdir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
İntravaginal istifadə zamanı sistem absorbsiyası əhəmiyyətli dərəcədə deyil.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki residivləşən vaginal kandidozun müalicəsi.
Orqanizmin aşağı rezistentliyi zamanı və uşaqlıq yolunun mikroflorasını pozan antibakterial vasitələr və digər preparatlarla müalicə fonunda uşaqlıq yolunun göbələk infeksiyalarının yaranmasının profilaktikası.
LİVAROL Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəstəliyin residivinin riskini azaltmaq məqsədilə cinsi partnyorun eyni vaxtda müalicə alması məsləhət görülür.
Nadir hallarda cinsi partnyorda allergik reaksiyalar mümkündür (cinsiyyət orqanının hiperemiyası).
Müalicə bitdikdən sonra infeksiyanın klinik əlamətləri saxlandıqda, diaqnozu təsdiq etmək məqsədilə təkrar mikrobioloji tədqiqat aparmaq lazımdır.
Suppozitoriyaların istifadəsi mexaniki kontrasepsiyanın (lateks tərkibli prezervativlər və vaginal diafraqmalar) etibarlığını azalda bilər. Müalicə dövründə etibarlı kontrasepsiya üsulu seçmək məsləhət görülür.
İnfeksiyanın təkrar inkişafı təhlükəsinin azaldılması üsulları:
- boş “nəfəsalan” geyimə və pambıq alt geyiminə üstünlük vermək lazımdır;
- yaş çimərlik geyimində uzun müddət gəzmək olmaz. İsti nəm mühit göbələklərin inkişafına əlverişli şərait yaradır;
- yalnız şəxsi dəsmaldan istifadə edin. Nəm dəsmallar infeksiyanı saxlaya bilər;
- infeksiyanın anus nahiyəsindən uşaqlıq yoluna keçirilməsinə yol verməmək üçün öndən arxaya istiqamətində silinin;
- vulva ətrafındakı dərini qıcıqlandıra bilən vanna üçün yağdan, qadınlar üçün gigiyenik spreylər və kirşanlardan istifadədən çəkinmək lazımdır;
- çox şirniyyat yeməkdən çəkinmək lazımdır, bu, uşaqlıq yolunun pH-nı dəyişdirə və göbələyin aktivləşməsi üçün şərait yarada bilər;
- hər gün tərkibində laktobakteriyalar olan turş-süd məhsulları qəbul etmək lazımdır;
- digər xəstəliklə əlaqədar antibiotik qəbul etmək lazım olduqda, hər zaman əl altında göbələkəleyhinə vasitə olmalıdır;
- göbələk infeksiyasının müalicəsi zamanı cinsi əlaqədən çəkinmək lazımdır.
Preparatı istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır.
İçlik vərəqəni saxlamaq lazımdır, onu yenidən oxumaq lazım gələ bilər.
Əlavə sual yarandıqda, həkimə müraciət etmək lazımdır.
Bu dərman vasitəsi şəxsən Sizə təyin edilmişdir və onu digər şəxslərə vermək olmaz, belə ki, o, digər şəxslərə zərər verə bilər, hətta onlardakı simptomlar Sizdə olduğu kimi olsa belə.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ketokonazol preparatlarının qadınlarda hamiləlik dövründə və laktasiya dövründə istifadəsi barədə klinik məlumatlar məhduddur.
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir.
Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
LİVAROL İstifadə qaydası və dozası
- İntravaginal istifadə üçündür.
- Suppozitoriyanı konturlu qablaşdırmadan şəkildə göstərildiyi kimi çıxarın (konturlu-yuvalı
- qablaşdırma hər suppozitoriya üçün suppozitoriyanı zədələmədən onu asanlıqla və tez çıxarmağa imkan verən xüsusi "qanadlarla" təchiz edilib).
- Suppozitoriyanı bel üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə yeritmək lazımdır.
- Xəstəliyin gedişatından asılı olaraq 3-5 gün ərzində 1 suppozitoriya təyin edilir.
- Xroniki kandidoz zamanı 10 gün ərzində sutkada 1 suppozitoriya istifadə edilir.
- Pasiyenti narahat edən simptomlar aradan qalxdıqda belə, müalicə kursunu özbaşına dayandırmaq olmaz, belə ki, tamamlanmamış müalicə xəstəliyin xroniki formaya keçməsinə səbəb ola bilər.
- Müalicə fonunda xəstəliyin simptomları saxlandıqda və ya gücləndikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək vacibdir.
Doza həddinin aşılması
Preparatın tövsiyə edilən (terapevtik) dozada intravaginal istifadəsi zamanı az absorbsiya olması ilə əlaqədar doza həddinin aşılması az ehtimal edilir.
Preparatın təsadüfən daxilə qəbulu zamanı zəhərlənmə simptomları mümkündür. Spesifik antidotu yoxdur. Ehtiyac olduqda aktivləşdirilmiş kömür qəbul etmək və simptomatik terapiya aparmaq lazımdır.
Əlavə təsirləri
Hiperemiya və uşaqlıq yolunun selikli qişasının qıcıqlanması, uşaqlıq yolunda qaşınma. Allergik reaksiyalar: dəri səpgisi, övrə.
Qeyd edilən istənilən əlavə təsirlərdən hər hansı dərinləşdikdə və ya təlimatda qeyd edilməyən istənilən əlavə təsir müşahidə etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Az absorbsiya olması ilə əlaqədar intravaginal istifadəsi zamanı digər dərman vasitələrilə qarşılıqlı təsiri az ehtimal edilir.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
LİVAROL Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiz.
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






