Limonu əsla belə saxlamayın - Sümüklərinizi yağ kimi əridir

May 29, 2025 - 14:28
 0
Limonu əsla belə saxlamayın - Sümüklərinizi yağ kimi əridir
Limonu əsla belə saxlamayın - Sümüklərinizi yağ kimi əridir

Limon mətbəxin əvəzolunmaz məhsullarından biridir. Salatdan çaya, detoks sularından şirniyyatlara qədər bir çox reseptdə istifadə olunur. Lakin bir çox insan limonu istifadə etdikdən sonra qalan hissəsini saxlayarkən fərqinə varmadan ciddi bir sağlamlıq səhvinə yol verir. Adətən soyuducuda xarab olmasın deyə alüminium folqaya bükülən limon zaman keçdikcə sağlamlıq üçün zərərli maddəyə çevrilə bilər.

Lent.az bunun səbəblərini təqdim edir:

Son illərdə aparılan araşdırmalar göstərir ki, limon kimi turşulu məhsullar alüminium folqa ilə təmasda olduqda, alüminium əridilərək birbaşa qidaya keçə bilər. Bu da uzun müddətdə bədəndə alüminium yığılmasına, hətta sinir sistemi sağlamlığının mənfi təsirlənməsinə səbəb ola bilər.

Limon niyə alüminiumla təmasda olmamalıdır? Doğru saxlama üsulu nədir?

Limon yüksək miqdarda sitrik turşusu ehtiva etdiyi üçün çox turşulu bir meyvədir. Turşu, alüminium folqa ilə təmasda olduqda, folqanın səthini həll edərək metalların limonun içinə keçməsinə səbəb olur. Bu proses gözlə görünməsə də kimyəvi reaksiya kimi baş verir və limonun strukturunu dəyişir.

Sinir xəstəliklərinə səbəb ola bilər

Mütəxəssislərə görə, yüksək dozada alüminiumun davamlı şəkildə bədənə qəbul olunması zamanla sinir sistemi üzərində zərərli təsirlər yarada bilər. Hətta bəzi elmi tədqiqatlar artıq alüminium yığılmasının Alzheimer kimi nevroloji xəstəliklərlə əlaqəli ola biləcəyini irəli sürür. Bu səbəbdən xüsusilə tez-tez istifadə olunan qidalarda bu cür təmaslardan qaçmaq çox önəmlidir.

Mətbəxdə praktiklik üçün edilən bu tətbiq təəssüf ki, sağlamlığı riskə atır. İstifadə olunub yarısı qalan limonu alüminium folqaya bükmək əvəzinə, şüşə qapaqlı saxlama qabına qoymaq və ya streç film ilə örtmək çox daha təhlükəsiz variantlardır.

Bu qayda təkcə limona aid deyil. Pomidor, portağal, qreyfurt, sirkə və turşu kimi turşulu quruluşa sahib bütün qidalar üçün də eyni risk mövcuddur. Bu tip qidaların alüminium folqa ilə birbaşa təması qarşısı alınmalıdır.

Limon necə saxlanmalıdır?

Limonun təravətini qorumaq və zərərli təsirlərə məruz qalmamaq üçün, kəsilmiş limonu şüşə bankada, kilidli paketdə və ya streç film ilə hava almayacaq şəkildə sararaq soyuducuda saxlamaq ən doğrusudur. Bu üsulla həm limon daha uzun müddət təravətli qalar, həm də sağlamlığınız qorunmuş olar.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow