Laboil vitamin D3 istifadə qaydası necədir?

Laboil vitamin D3 - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Sep 18, 2024 - 16:46
Sep 18, 2024 - 16:47
 0
Laboil vitamin D3 istifadə qaydası necədir?
Laboil vitamin D3

Laboil D3 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Laboil D3 qiyməti

Laboil qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Laboil D3 qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Laboil vitamin D3 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi (20 ml):

64000 BV D3 vitamini (Cholecalciferol). 1 ml-də 32 damcı, 1 damcıda 100 BV (0,0025 mq) Cholecalciferol olaraq istehsal olunur.

Köməkçi maddə: rafinə edilmiş günəbaxan yağı (sunflower oil)

Məhsulun xüsusiyyətləri:

D3 vitamini qalxanabənzərətraf vəzin normal fəaliyyətini təmin edir, kalsium və fosfat mübadiləsini tənzimləyir, skeletin və dişlərin düzgün formalaşmasına təsir göstərir. Çatışmazlığı körpələrdə və uşaqlarda raxitin, orta yaşlı və yaşlı insanlarda isə osteomalyasiyanın və osteoporozun inkişafına səbəb olur. Uşaq yaşlarında, skeletin formalaşma dövründə, hamiləlik və südvermə dönəmində, həmçinin menopauza zamanı D3 vitamininə tələbat artır. Kalsium və fosfatların bağırsaqlardan sorulmasına, böyrəklərdən reabsorbsiyasına, daşınmasına və sümükləşmə prosesinə nəzarət edir. Kalsium öz növbəsində skelet əzələlərinin yığılmasına, sinir impulslarının ötürülməsinə və qan laxtalanmasına cavabdehdir. İmmun sistemə müsbət təsir göstərir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • D vitamininə tələbatın artması halları
  • Uşaqlarda və körpələrdə raxit zamanı
  • Osteoporoz və osteomalyasiya zamanı

İstifadə qaydası və dozası:

1-4 yaş uşaqlara 1-4 damcıdan gündə 1 dəfə;

4 yaşdan yuxarı uşaqlara və böyüklərə 6-12 damcı gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul olunur.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: 

Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 

250C-dən yuxarı olmayan temperaturda, günəş şüalarından uzaq, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması: 

20 ml şüşə flakonda, pipet-başlıq və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Laboil D3 nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  3. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow