Kolxikum dispert istifadə qaydası, dozası, qiyməti

Kolxikum dispert - Podaqra əleyhinə vasitə olan kolxisinin təsiri leykositlərin iltihab ocağına miqrasiyasının azalması və sidik cövhəri kristallarının faqositozunun tormozlanması ilə izah olunur.

Aug 10, 2024 - 18:55
Aug 10, 2024 - 19:01
 0
Kolxikum dispert istifadə qaydası, dozası, qiyməti
Kolxikum dispert

KOLXIKUM – DISPERT HAQQINDA MƏLUMAT

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Kolxikum dispert qiyməti

Kolxikum dispert qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kolxikum qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

ТƏRKİBİ

1 tabletdə: kolxisin 0,5 mq

FARMAKOTERAPEVTİK QRUPU:

podaqra əlehinə

ATC KODU: M04AC01

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

FARMAKODİNAMİKASI

Kolxikum dispert nə üçündür?

Podaqra əleyhinə vasitə olan kolxisinin təsiri leykositlərin iltihab ocağına miqrasiyasının azalması və sidik cövhəri kristallarının faqositozunun tormozlanması ilə izah olunur. Antimitotik təsirə də malikdir (tam və ya qismən): hüceyrə bölünməsini anafaza və metafaza mərhələsində tormozlayır və neytrofillərin deqranulyasiyasının qarşısını alır. Amiloid fibrillərin sintezini azaldır, bununla da amiloidozun yaranmasının qarşısını alır. Kəskin podaqranın müalicəsində yüksək effektivliyə malikdir. İlk 12 saat ərzində xəstələrin 75%-də klinik yaxşılaşma müşahidə olunur. Sutkalıq 1-2 mq dozada qəbul edən xəstələrin ¾ hissəsində təkrari kəskin podaqra tutmaları müşahidə olunmur. Ailəvi aralıq dəniz xəstəliyi (FMD) olan şəxslərdə kəskin qızdırma həmlələrinin qarşısını alır.Birincili AL- amiloidozlu xəstələrin ömrünü uzadır. Sistem sklerodermiya zamanı dəriyə müsbət təsirə malikdir (dərini yumşaldır, quruluğu azaldır).

FARMAKOKİNETİKASI:Kolxisin sürətli və intensiv olaraq mədə bağırsaq traktından sorulur. Orta maksimal plazma konsentrasiyasını (Cmax=4,2 nq/ml –ə) 1 mq dozanın qəbulundan 70 dəqiqə sonra əldə edir.Yarımatılma müddəti 9,3 saatdır. Kolxisinin yüksək konsentrasiyası qaraciyərdə, böyrəklərdə, dalaqda, leykositlərdə və mədə-bağırsaq traktında müşahidə olunur. Qaraciyərdə metabolizə olunur və əsasən ödlə xaric olur. Daxil olmuş dozanın böyük hissəsi bağırsaqdan və təxmini 23%-i isə böyrəklərlə orqanizmdən xaric olur.

GÖSTƏRİŞLƏRİ

Kəskin podaqra tutmaları (müalicəsi və profilaktikası) Podaqra artriti Xondrokalsinoz Sklerodermiya Flebit Periodik xəstəlik (Ailəvi aralıq dəniz xəstəliyi)

ƏLAVƏ TƏSİRLƏRİ

Diareya, ürəkbulanma, qusma, mədədə ağrılar.

ƏKS GÖSTƏRİŞLƏRİ

Hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü, qaraciyər və ya böyrək çatışmazlığı, sümük iliyi tərəfindən qanyaranma prosesinin nəzərə çarpacaq pozulması.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ

Qeyri – steroid iltihab əleyhinə vasitələr və digər preparatlar mielodepressiya, leykopeniya və trombositopeniya riski verə bilər.Sitostatiklər podaqra əleyhinə təsiri azalda bilər. Sidiyin turşuluğunu artıran maddələr isə preparatın təsirini artıra bilər. Kolxikum –Dispert allopurinol və urikozurik preparatlarla birgə qəbul edilə bilər.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ

Avtomobil və digər idarə olunan mexanizmlərlə işləməyə təsir etmir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Kəskin podaqra tutmalarında əvvəlcə 2 tablet (1 mq koxisin), sonra isə 1-2 saat fasilələrlə ağrı azalanadək 0,5 – 1,5 mq qəbul edilir. Preparatın sutkalıq dozası 8 mq-dan artıq olmamalıdır. Kəskin podaqranın təkrari müalicəsi sxem üzrə 3 gündən tez aparılmamalıdır. İlk bir neçə ay ərzində kəskin podaqra tutmalarının profilaktikası məqsədilə urikozurik vasitlərlə birgə 0,5 – 1,5 mq hər gün və ya gün aşırı (qayda kimi) 3 ay ərzində qəbul edilə bilər. Tabletlər çeynənmədən, kifayət qədər su ilə qəbul edilir.

BURAXILIŞ FORMASI

1 blisterdə, enterik örtüklü 20 tablet içlik vərəqə ilə birllikdə karton qutuda qablaşdırılır.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow