İlin ortaları maqnit qasırğalarının pik nöqtəsi olacaq

Feb 22, 2025 - 14:25
 0
İlin ortaları maqnit qasırğalarının pik nöqtəsi olacaq
İlin ortaları maqnit qasırğalarının pik nöqtəsi olacaq

“Space Weather Live” icmalı, 2025-ci ilin ortalarında maqnit qasırğalarının pik nöqtəsinin olacağını deyir. O vaxta qədər günəş ləkələrinin yaranması və radiasiya səviyyələrində artım olacaq.

Doktorm.az Lent.az-a istinadən xəbər verir ki, 2022-ci ildə də günəş partlayışlarının sayı artıb. Məsələn, 2021-ci ildə onların sayı 400-dən çox idisə, 2022-ci ildə bu rəqəm artıq 2000-i keçib.

Əgər planeti günəş şüalarından qoruyan maqnit sahəsi olmasaydı, bu cür hadisələr Yer üçün güclü mənfi nəticələr verə bilərdi.

Bununla belə, ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu cür fəaliyyət maqnit qasırğalarının sayının artmasına səbəb ola bilər və elektrik şəbəkələrinin, dəqiq elektronika və rabitə sistemlərinin işinə təsir göstərə bilər.

Maqnit qasırğaları zamanı hava şəraitindən asılı olan insanların rifahı da pisləşə bilər. Bir çox insanlar şiddətli baş ağrısı, miqren, yüksək təzyiq və yorğunluqdan şikayət edirlər. Sağlamlıq problemləri isə məhz maqnit qasırğaları zamanı başlayır.

Bununla belə, elmi ictimaiyyətdə günəş aktivliyinin insanlara təsiri ilə bağlı konsensus yoxdur. Bəzi tədqiqatçılar geomaqnit təsirinin mövcud olması ilə razılaşırlar. Digərləri bu cür sübutları qeyri-kafi hesab edirlər. Bir araşdırma bəzi insanlarda maqnit fırtınaları ilə insult riski arasında əlaqə tapıb.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow