3399 manat ünvanlı sosial yardım... - İndidən xəbərdarlıq edilir: “Aldanmayın!”

May 3, 2025 - 10:04
 0
3399 manat ünvanlı sosial yardım... - İndidən xəbərdarlıq edilir: “Aldanmayın!”
3399 manat ünvanlı sosial yardım... - İndidən xəbərdarlıq edilir: “Aldanmayın!”

"3399 manat ünvanlı sosial yardım almağa kömək göstəririk". Feysbuk sosial şəbəkəsində yaradılan "Azərbaycan Sosial Yardım 2025" adlı saxta profil altında guya sosial yardıma ehtiyacı olan insanlara yardım edilir, onlara dövlətin bu qayğısından yararlanmaq üçün şirnikləndirici təkliflər səsləndirilir.

Dövlət Sosial Müdafiə Fondu əhalini diqqətli olmağa səsləyib.

Doktorm.az Xəzər TV-yə istinadla xəbər verir ki, qurumun  mətbuat katibi Rəşad Mehdili həmin səhifədə əvvəlcə  istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunduğunu bildirib.

O qeyd edib ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair vətəndaşlara SMS-bildiriş göndərilir. Eyni zamanda, "142" Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

Daha ətraflı videomaterialı təqdim edirik:


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow