İkinci əl paltar aldı, dərisi bu günə düşdü - FOTO

İkinci əl geyim mağazasından paltar alan şəxsin dərisinə infeksiya düşüb.
Doktorm.az xəbər verir ki, adı açıqlanmayan şəxs aktiv tiktok istifadəçisidir. O, üzünün görüntülərini paylaşaraq ikinci əl geyim mağazasından paltar aldıqdan sonra dərisinin bu hala düşdüyünü bildirib.
TikTok-da yayılan videoya əsasən bu şəxs "Goodwill" mağazasından aldığı ikinci əl paltarı geyindikdən sonra dərisinə "molluskum kontagiozum" adlı infeksiyası düşüb. Bu hadisə, insanların ikinci əl geyim alarkən gigiyena qaydalarına daha çox riayət etmələrinin vacibliyini bir daha göstərib.
İnfeksiya dəridə qabarıqlara səbəb olur və əsasən uşaqlarda rast gəlinir. Lakin yetişkin şəxslərdə də görülə bilər.
Müxtəlif kimyəvi maddələr və mikroblar ikinci əl geyimlərdə uzun müddət qala bilər, bu da müxtəlif dəri problemlərinə yol açır. Tibbi mütəxəssislər ikinci əl geyimlərin gigiyenasına diqqət yetirilməsinin vacibliyini vurğulayır. Onlar alındıqdan sonra geyimlərin mütləq yuyulması və dəridə qalan kimyəvi maddələrin qarşısını almağın əhəmiyyətini bildirirlər./milli.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






