Hündürdaban ayaqqabı geyinənlərə XƏBƏRDARLIQ

Feb 14, 2025 - 11:16
 0
Hündürdaban ayaqqabı geyinənlərə XƏBƏRDARLIQ
Hündürdaban ayaqqabı geyinənlərə XƏBƏRDARLIQ

Hündürdaban ayaqqabı geyinməyi əldə ağır çantalarla gəzməklə müqayisə etmək olar.

Doktorm.az xəbər verir ki, bunu rusiyalı travmatoloq və ortoped Antonina Zavadskaya Lenta.ru-ya açıqlamasında deyib.

O, belə ayaqqabıların sağlamlığa təsirini qiymətləndirib.

Həkimin sözlərinə görə, qadınların əksəriyyəti hündürdaban ayaqqabı geyindikdən cəmi bir saat sonra diskomfort hiss edir:

"Ağrı ayağın qeyri-təbii mövqeyi, ayaq barmaqlarına güclü təzyiq nəticəsində yaranır. Dabanlı ayaqqabılar da topuğun bucağını dəyişdirir və dizlər və beldəki yükü artırır".

O, xəbərdarlıq edib ki, 10 sm-lik daban ayağın ön və barmaqlarındakı təzyiqi 30 faiz artırır.

Bundan əlavə, damarlarda qan dövranı məhdudlaşdırıla bilər və artrit inkişaf riski artır./BAKU.WS


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow