Gecələr əllərdə və ayaqlarda "yanma hissi" - səbəbi nədir?

Jul 21, 2025 - 11:52
 0
Gecələr əllərdə və ayaqlarda "yanma hissi" - səbəbi nədir?
Gecələr əllərdə və ayaqlarda "yanma hissi" - səbəbi nədir?

Son zamanlar bir çox insan gecə saatlarında əllərində və ayaqlarında yanma, qarışqa gəzmə və uyuşma kimi narahatlıqlardan şikayətlənir. Həkimlər bu halın sadə yorğunluqdan tutmuş ciddi sinir pozuntularına qədər bir sıra səbəblərlə bağlı ola biləcəyini bildirirlər.

Doktorm.az xəbər verir ki, mövzu ilə bağlı xarici mütəxəssislər də açıqlama veriblər.

ABŞ-ın Mayo Klinikasının nevroloqu Dr. Amanda Lewis bu cür əlamətlərin səbəbləri arasında ən çox rast gəlinən faktorun periferik neyropatiya olduğunu bildirib.

Onun sözlərinə görə:

"Əllərdə və ayaqlarda yanma hissi əsasən sinirlərin zədələnməsi ilə əlaqəlidir. Bu, şəkərli diabet, B12 vitamini çatışmazlığı, spirtli içki qəbulu və ya bəzi dərmanların yan təsiri nəticəsində baş verə bilər. Gecələr bu hisslərin artması isə sinir sisteminin istirahət rejiminə keçməsi ilə bağlıdır".

Həkimlər bildirirlər ki, əgər bu simptomlar uzun müddət davam edərsə və ya güclənərsə, mütləq müayinə olunmaq lazımdır. Erken diaqnoz, xüsusilə diabet və sinir xəstəliklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislər həmçinin B qrupu vitaminləri ilə zəngin qidaların rasiona əlavə olunmasını və ayaqların axşam saatlarında dincəldilməsini tövsiyə edirlər./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow