Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Oct 1, 2024 - 06:17
 0
Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

The Daily Mail xəbər verir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.

Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-amar xəstəliklərinə görə risk qrupundadır.

Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş  araşdırma göstərib ki, hündürboy insanlarda xərçəngin riski daha çoxdur.

Saglamolun.Az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow