Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır

May 9, 2025 - 08:38
 0
Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır
Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır

İnsan bədəninin sağlamlığına təsir edən müxtəlif nadir xəstəliklər, bəzən həyatı tamamilə dəyişdirə bilir. 

Doktorm.az xəbər veir ki, İspaniya həkimləri 12 yaşlı oğlanda nadir bir xəstəlik aşkar ediblər və bu səbəbdən ona Günəş batana qədər evdən çıxmamağı məsləhət görüblər. Bu gənc uşaqda piqment kseroderması diaqnozu qoyulub ki, bu da onun dərisinin ultrabənövşəyi işığa qarşı çox həssas olduğunu göstərir və bu vəziyyət onun xərçəngə tutulma riskini artırır. Hal-hazırda bu xəstəliyin müalicəsi mövcud deyil, ona görə də gənc yalnız Günəş batdıqdan sonra çöldə vaxt keçirə bilir.

Həkimlər bu qadağanı yalnız məktəbə getmək üçün istisna edir, amma hər halda, yeniyetmə Günəşdən tam qorunmalı və ciddi tədbirlər görməlidir. Belə ki, o, xüsusi Günəş kremi, uzunqol geyimlər, əlcək, şalvar, eynək və qoruyucu şüalanma ekranı olan papaq taxır, həmçinin üzərində ultrabənövşəyi şüalanmanı ölçən cihaz daşıyır. Oğlanın anasının dediklərinə görə, bu səbəbdən onun sosial həyatı ciddi şəkildə məhdudlaşıb./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow