Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər

Jan 19, 2025 - 08:46
 0
Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər
Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər

Makiyaj fırçaları və süngərləri düzgün təmizləməmək dermatoloji və oftalmoloji xəstəliklərə səbəb ola bilər.

Doktorm.az e-saglam.az-a istinadən xəbər verir ki, biotexnoloq Mariya Zolotarevanın bildirdiyinə görə, bu alətlərdə toplanan makiyaj qalıqları, sebum, ölü dəri hüceyrələri və bakteriyalar dəridə və gözlərdə infeksiyalara yol aça bilər. Sızanaq, follikulit, kontakt dermatit və hətta konjonktivit kimi xəstəliklər yaranma riski daşıyır.

Fırçaların həftədə ən azı bir dəfə yumşaq sabun və ya xüsusi şampunla yuyulması, antiseptiklərlə gündəlik təmizlənməsi və düzgün şəraitdə saxlanılması vacibdir. Süngərlər isə hər istifadədən sonra yuyulmalı və üç aydan bir dəyişdirilməlidir. Təbii tüklərdən hazırlanmış fırçalar daha çox diqqət tələb edir, sintetik tüklər isə baxım baxımından daha rahatdır və bakteriyaların yığılmasına daha az meyllidir.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow