Helikobakteriya: Müasir dövrün bəlası

Jan 19, 2025 - 05:22
 0
Helikobakteriya: Müasir dövrün bəlası
Helikobakteriya: Müasir dövrün bəlası

Helicobacter pylori bakteriyası müalicə edilmədikdə qastrit, ülser və kolon xərçəngi kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Doktorm.az xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Həkimlər 45 yaşdan sonra hər kəsin mütəmadi olaraq endoskopiya və kolonoskopiya etdirməsini tövsiyə edir.

Bakteriya mədənin turşulu mühitində belə sağ qala bilir və əsas simptomları mədə yanması, şişkinlik, ağız qoxusu, qanlı nəcis və həzm problemləridir. Qidalanmada acı, turşulu və fast-food məhsullarından uzaq durmaq vacibdir.

Kolon xərçəngi tez-tez hemoroidlə qarışdırıldığı üçün vaxtında diaqnoz qoyulması mühümdür. Erkən mərhələdə aşkarlanan xərçəng, xəstənin ömrünü əhəmiyyətli dərəcədə uzada bilər. Profilaktik tədbirlər və düzgün müayinə həyati əhəmiyyət daşıyır./BAKU.WS 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow