HEPATROMBİN H suppozitoriyalar

HEPATROMBİN H Proktologiyada yerli istifadə üçün trombəleyhinə, iltihabəleyhinə və venasklerozlaşdırıcı təsirə malik kombinəolunmuş preparatdır.

Jun 14, 2024 - 17:44
Jun 14, 2024 - 18:01
 0
HEPATROMBİN H suppozitoriyalar
HEPATROMBİN H suppozitoriyalar

HEPATROMBİN H suppozitoriyalar Eyniləşdirmə və təsnifat

ATC kodu - С05ВА53
Beynəlxalq patentləşdirilməmiş adı - Heparin sodium + Lauromacrogol 400 + Prednisolone

Dərman forması

Rektal suppozitoriyalar

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

Rektal suppozitoriyalar 120 BV+30 mq+1,675 mq.

5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü blisterdə. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

HEPATROMBİN H  Tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 120 BV (0,667 mq heparin natrium aktivliyi zaman 180 BV/mq təşkil edir), 1,675 mq prednizolon asetat, 30,00 mq lauromakroqol 400 vardır.

Köməkçi maddələr: ortazəncirli triqliseridlər, kolloidal silisium dioksid, bərk yağ (Novata B), qliseril tristearat.

Təsviri

Konus formalı, ağ rəngli, homogen suppozitoriyalardır. Kəsikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün birbaşa təsirli antikoaqulyant vasitə, digər preparatlar.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

  • Proktologiyada yerli istifadə üçün trombəleyhinə, iltihabəleyhinə və venasklerozlaşdırıcı təsirə malik kombinəolunmuş preparatdır.
  • Heparin birbaşa təsirli antikoaqulyantdır. Xaricə istifadə edildikdə trombəleyhinə, ekssudasiya- əleyhinə və mülayim iltihabəleyhinə təsir göstərir; birləşdirici toxumanın regenerasiyasına səbəb olur; hemorroidal düyünlərdə qanın koaqulyasiyasının qarşısını alır.
  • Prednizolon qlükokortikosteroid olub iltihabəleyhinə, ekssudasiyaəleyhinə və allergiyaəleyhinə təsir göstərir, anorektal nahiyədə qaşınmanı, yanma hissini, ağrını azaldır.
  • Lauromakroqol 400 yerli anesteziyaedici təsir göstərir və hemorroidal düyünlərini sklerozlaşmasını təmin edir.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

*Heparin* Adsorbsiyadan sonra plazma zülalları ilə birləşməsi 95% təşkil edir. Təqribən 1 saat yarımxaricolma dövrü ilə toxumalardan yavaş-yavaş xaric olunur. İstifadədən sonra 50% təsiredici maddə dəridə qalır. Xaricolma sürəti dozadan asılıdır. Absorbsiyadan sonra qaraciyərdə (qismən qaraciyər heparinaza fermentilə) və retikuloendotelial sistemdə metabolizmə uğrayır. 20-50%-i sidiklə dəyişilməmiş şəkildə və qismən zəif antikoaqulyant təsirə malik uroheparin kimi xaric olunur. Xaricolma dərəcəsi dozadan asılıdır (daha kiçik dozalar plazmada daha qısa yarımxaricolma dövrünə malikdir). *Prednizolon * Prednizolon absorbsiyadan sonra qaraciyərdə metabolizmə uğrayır. Təqribən 1%-i sidiklə dəyişməz şəkildə xaric olunur. Bioloji yarımxaricolma dövrü (T1/2) 18-36 saat, plazmadan isə T1/2 isə 115-212 dəqiqə təşkil edir.

İstifadəsinə göstərişlər

  • Xarici və daxili babasil;
  • arxa keçəcəyin hemorroidal venalarının tromboflebiti;
  • arxa keçəcək nahiyəsində fistula, ekzema və qaşınma;
  • arxa keçəcək çatı;
  • anorektal nahiyədə cərrahi müdaxiləyə hazırlıq;
  • tromblaşmış və ya əməliyyat olunmuş babasilin kompleks terapiyasının tərkibində.

HEPATROMBİN H  Əks göstərişlər

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • dərinin bakterial, virus, göbələk zədələnməsi;
  • vərəm;
  • sifilis;
  • dəri şişi (anorektal zonanın);
  • qanaxmaya meyllik;
  • vaksinasiyaya qarşı reaksiya;
  • hamiləliyin I trimestri;
  • 12 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla 

Hamiləliyin II və III trimestri, laktasiya dövrü.

Bütün digər kortikosteroidlərlə müalicə zamanı olduğu kimi ehtiyatlı olmaq, preparatı böyük miqdarda və ya uzun müddət istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin II və III trimestrində və laktasiya dövründə ana üçün gözlənilən faydanın döl və südəmər körpə üçün mümkün riskdən üstün olduğu halda ehtiyatla istifadə edilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat avtonəqliyyat və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

HEPATROMBİN H  İstifadə qaydası və dozası

Rektal istifadə edilir. Suppozitoriyalar sutkada 1-2 dəfə defekasiyadan sonra birbaşa bağırsaq boşluğuna yeridilir.

Əlavə təsirləri

Sistem reaksiyalar: allergik reaksiyalar, dəri hiperemiyası.

Uzun müddətli istifadəsi zamanı və/və ya böyük səthlərə çəkildikdə sistem əlavə effektlər: çatların regenerasiya proseslərinin ləngiməsi, ödem.

Saxlanma şəraiti

15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

Hemofarm A.D., Serbiya.
26300, Vrşas ş., Beoqrad yolu bb.

İstehsalçı

Hemofarm A.D.
Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya
15000, Şabas ş., Hayduk Velkov bb k.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow