Həddindən artıq istilər insult riskini artırır

Həddindən artıq istilər insult riskini artırır. İnsult bütün dünyada tez-tez rast gəlinən bir sağlamlıq problemidir... Həddindən artıq isti havalarda isə daha da artım göstərir. Buna görə xüsusilə risk qrupunda olan insanlar daha diqqətli olmalıdırlar.

Jun 8, 2024 - 13:43
Jun 8, 2024 - 13:43
 0
Həddindən artıq istilər insult riskini artırır

Həddindən artıq istilər insult riskini artırır. Yay istiləri özünü göstərməyə başladı. Ancaq soyuq hava kimi isti hava da diqqət edilməzsə bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. İstilərin düşməsi ilə birlikdə artmağa başlayan sağlamlıq problemlərindən biri  insultdur...

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Xalq arasında əsasən paralic, beyinə qansızma kimi tanınan insult, əslində beyinə gedən qan axınının birdən-birə kəsilməsi ilə baş verən bir vəziyyətdir. İnsultun artan istiliklə əlaqəsi isə aparılan bir çox tədqiqatla sübuta yetirilir. Bu tədqiqatlardan biri də Almaniyada aparıldı. Helmholtz Münih Araştırma Mərkəzi liderliyindəki bir qrup insult araştırması həyata keçrildi. Araştırmada gecə saatlarına xüsusi yer verildi. Gecə istilikləri Almaniyanın Augsburg şəhərində qeydə alınan insult hallarının sayı ilə, 15 il ərzində ki insult sayı müqaisə edilərək, həddindən artıq isti günlərdə beyinə qansızma riskində əhəmiyyətli bir artım olduğu subut edildi.

İsti havalar çox tərləməyə səbəb olur. Həm duz, həm də su itiririk. Nəticədə qanın axıcılığı azalır, qanın laxtalanma dəyəri artır.

Mərmərə Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Nevrologiya Ana Bilim Dalı Öğretim Üzvü Prof. Dr. Nazire Afşar

İsti havayla insult arasında necə bir əlaqə var?

Həddindən artıq isti havalarda insult hallarında artım olduğunu təsdiqləyən Prof. Dr. Afşar, Çində və Avropada aparılan müxtəlif araştırmalara diqqət çəkərək, “Çoxlu sahələrdə aparılmış çalışmalar var. Burada görülən iki məsələ diqqətimizi çəkir. Birincisi, həddindən artıq isti havalarda ümumi insult rəqəmlərində artım görülür. İkincisi isə insultdan ölümlərdəki artım” deyir.

Son illərdə isti havayla insult arasında bir əlaqə müşahidə edildiyinə diqqət çəkən Prof. Dr. Afşar, bunun bir çox səbəbi olduğunu bildirir:

“Ürək-damar sistemimiz bədənin istilik tənzimləməsi ilə əlaqəlidir... Beləliklə, xarici mühit çox isindiyində, çox həddindən artıq istiyə məruz qaldığımızda ürək-damar sistemimizə stres yaranır. Bu streslə bərabər qan təzyiqi yüksələ bilər. Bu, insult üçün bir risk faktorudur. Bir digəri də laxtalanma dəyəridir. Bunun xaricində bağırsaqdakı bakteriyaların dəyişməsi ilə yenə damar divarı xəstələnir. Bunların hər biri insult riskini artırır.”

Susuz qalmak da başqa bir səbəbdir... “İsti havalarda çox tərləyirik. Həm duz, həm də su itiririk. Nəticədə qanın axıcılığı azalır, laxtalanma dəyəri artır” deyə danışır Prof. Dr. Afşar.

Kimlər insult riski daşıyır?

Xüsusilə kimlər həddindən artıq isti havalarda insult riski altındadır? İsti havadan asılı olmayaraq adi halda da insult riski daşıyan şəxslərə diqqət çəkən Prof. Dr. Afşar belə deyir:

“Yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin səviyyəsi, siqaret istifadəsi, ürək ritim pozuntuları, hərəkətsiz həyat, həddindən artıq çəki məlum insult riskləridir. Bu riskləri daşıyan şəxslərin istiyə məruz qalması ilə birlikdə insult keçirmə nisbətləri biraz daha çoxalır.”

Önəmli bir nöqtəyə diqqət çəkən Prof. Dr. Afşar, “Təəssüf ki, hələ çox insan dərmanlarını istifadə etmir ya da çox qeyri-stabil istifadə edir. Xüsusilə də təzyiq dərmanlarını... Üstünə bir də isti hava gəldiyində təbii ki, istənməyən nəticələr ortaya çıxmış olur”.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow