Gecə yatarkən başlayan təhlükə - Xəstəliyin ilk siqnalı ola bilər

Nevrologiya Mütəxəssisi Dos. Doktor Aylin Yaman narahat ayaq sindromunun Parkinson xəstəliyinin xəbərçisi ola biləcəyinə diqqət çəkib.
Doktorm.az xəbər verir ki, o, gecə saatlarında artan ayaq hərəkətlərinin və sancma hisslərinin yüngül qəbul edilməməsi lazım olduğunu bildirib:
"Bu sindrom təkcə Parkinson xəstəliyinin xəbərçisi olaraq deyil, həm də dəmir çatışmazlığı, xroniki böyrək çatışmazlığı və geniş yayılmış sinir zədələnməsi səbəbindən inkişaf edə bilər. Ancaq bu əlamət xüsusilə Parkinson riski olan şəxslərdə nəzərə alınmalıdır" .
Dos. Prof. Dr. Ahmet Erdem Parkinson xəstəliyinin beyində dopamin ifraz edən hüceyrələrin degenerasiyası nəticəsində meydana gələn, hərəkət sistemi pozğunluqlarına səbəb olan xroniki nevroloji xəstəlik olduğunu ifadə edib. Dr. Yaman adətən 60 yaşından sonra meydana gəldiyini, lakin daha gənc yaşlarda da görülə biləcəyini ifadə edib.
Gənc yaşda Parkinson xəstəliyi xüsusilə genetik meyli olan şəxslərdə də müşahidə oluna bilər. Bu səbəbdən gənc yaşda narahat ayaq sindromu yaşayan şəxslərə qabaqcıl testlər tövsiyə oluna bilər. Xəstəlik müxtəlif dərmanlarla idarə oluna bilər, bəzi xəstələrdə isə beyin cərrahiyyəsinə cavab verməyən bəzi dərmanlarla müalicə edilə bilər. /milli.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






