Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə

Apr 23, 2025 - 08:07
Apr 23, 2025 - 08:08
 0
Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə
Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə

“Stulda əyləşməklə bağlı yarım dəqiqəlik sadə bir test erkən ölüm riskinizi göstərə bilər".

Doktorm.az xəbər verir ki, bu barədə britaniyalı terapevt və uzunömürlülük üzrə kitab müəllifi Don Harper danışıb.

Onun sözlərinə görə, bunu yoxlamaq üçün saniyəölçəni qurmaq və 30 saniyə ərzində stuldan neçə dəfə qalxıb otura bildiyinizi saymaq lazımdır.

"Məsələn, 60 yaşlı kişilər üçün orta göstərici - 14 dəfə, qadınlar üçün - 12 dəfədir. Əgər bu göstəricidən xeyli az edirsinizsə, yıxılma və erkən ölüm riski artır", - deyə həkim xəbərdarlıq edib.

O qeyd edir ki, yaş artdıqca normal göstəricilər azalır: "65-69 yaş: kişilər - 12, qadınlar - 11 dəfə; 80-84 yaş: kişilər - 10, qadınlar - 9 dəfə; 90 yaş: kişilər - 7, qadınlar - 4 dəfə".

Don Harper vurğulayıb ki, erkən ölüm riskini balans və dözümlülük məşqləri ilə azaltmaq mümkündür. (Oxu.az)


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow